Ölkə futbolu
Səlahət Ağayev “Səbail”i gözləyir
“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Futbolinfo.az saytının məlumatına görə, müdafiəçi Məqsəd İsayevdən sonra qapıçı Səlahət Ağayev də komandanı tərk etmək üzrədir.
Əslində, “qırmızı-qaralar” 32 yaşlı qolkiperin qalmasında maraqlıdır. Lakin ona ikinci qapıçı gözündə baxılır. Üstəlik, Ağayev başa çatan müqavilənin yenilənməsi üçün maaşında endirimə razılıq verməlidir. Bu isə Azərbaycan millisinin üzvünü qane etmir.
Səlahət sərfəli təklif alacağı təqdirdə Azərbaycan Kubokunun qalibində qalmayacaq. Hazırda Ağayevə ən ciddi təklif “Səbail”dəndir. Lakin qolkiper bakılılar üçün prioritet hədəf deyil. “Neftçi”yə gedən Emil Balayevlə vidalaşmaq üzrə olan qəsəbə təmsilçisi siyahısındakı digər qapıçılarla anlaşa bilməsə, o zaman Ağayevlə rəsmi danışıq aparacaq.
Qeyd edək ki, “Səbail”in hələlik yeganə rəsmi transferi “Kəpəz”dən ayrılan müdafiəçi Yusif Nəbiyevdir.
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”