Ölkə futbolu
Sənan Abdullayevə PFL-də vəzifə verildi
Peşəkar Futbol Liqasında struktur və kadr dəyişikliyi davam edir.
Futbolinfo.az xəbər verir ki, PFL rəhbərliyinin qərarına əsasən, marketinq qrupu Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin tərkibinə verilib. Tanınmış jurnalist Sənan Abdullayev Peşəkar Futbol Liqasının yeni media və marketinq direktoru təyin olunub.
2005-ci ildə “Futbol+” qəzetində jurnalist kimi fəaliyyətə başlayan Abdullayev 2007-ci ildən “Xəzər” TV-də müxbir, aparıcı, idman redaktoru vəzifələrində çalışıb. 2015-ci ilin “Ən yaxşı idman jurnalisti” adına layiq görülmüş Abdullayev 2020-ci il iyulun 22-də Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə KİV nümayəndələrinin mükafatlandırılması barədə sərəncamları çərçivəsində “Tərəqqi” medalı ilə təltif olunub.
Buna qədər PFL-də Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov texniki-idman direktoru, Zaur Hacı-Məhərrəmov isə icraçı-direktor təyin olunub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…