Premyer-liqa
Sənan Qurbanov: “Qol imkanlarından yararlana bilmədik”
“Şamaxı”nın baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın 22-ci turunun “Neftçi” ilə oyunundan sonra (1:2) açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, Qurbanov, rəqibin ikinci hissədə aqressiv oynadığını bildirib:
“Stadionda yaxşı atmosfer var idi. Oyuna yaxşı başladıq, qol da vurduq. Amma rəqib son çempiondur. Buna baxmayaraq, biz də çalışdıq. İlk yarıda pressinq etdik.
Belə bir matçda uduzmaq istəməzdik. Çalışacağıq ki, gələcəkdə azarkeşlər önündə məğlub olmayaq.
“Neftçi” ilk yarını məğlub bitirmişdi. Bilirdik ki, ikinci hissədə aqressiv olacaqlar. Qol imkanlarından yararlana bilmədik. “Neftçi”nin ustalığa malik oyunçuları isə belə imkanları qaçırmadı”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var