Mövsümü uğursuz başa vuran “Neftçi” baş məşqçi Laurentsiu Regekampfı yola salmağa hazırlaşır. Bakılılar tezliklə rumın məşqçi ilə bağlı yekun qərarını verəcək.

Futbolinfo.az xəbər verir ki, Regekampfı əvəz etməyə əsas namizədlərdən birinin Sergen Yalçın olacağı iddia edilir. Əldə etdiyimiz məlumata görə, paytaxt klubunun əsas sponsoru olan SOCAR-ın Türkiyə ofisinin rəhbər şəxslərindən biri çalışdırıcı görüşüb. Mütəxəssisə bildirilib ki, klub rəhbərliyi Regekampfı ayrılmağa razı sala bilsə, danışıqlar daha ciddi səviyyədə aparılacaq. Hətta SOCAR Yalçına yüksək məbləğdə maaş verməyə də razıdır.

Uzun müddətdir işsiz olan mütəxəssis də bu təklifə biganə deyil. Düzdür, o, Türkiyə Superliqasından dəvət gözləyir. Amma alınmayacağı halda “Neftçi”nin “sükanı arxasına” keçməyə razılaşacaq.

Shares: