Digər idman növləri
“Sərhədçi” məğlub oldu
Azərbaycan Basketbol Liqasında 19-cu tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun açılış oyununda “Sərhədçi” və “AAAF Xırdalan” komandaları üz-üzə gəliblər.
“Sərhədçi” İdman Mərkəzində keçirilən görüş Xırdalan təmsilçisinin qələbəsi ilə başa çatıb. Qarşılaşmanın ilk hissəsində bərabər mübarizə getsə də, ikinci yarıda üstünlük nominal qonaqların tərəfinə keçib. Yekunda “AAAF Xırdalan” rəqibini 73:66 hesabı ilə məğlub edib.
Ən məhsuldar basketbolçular “Sərhədçi”dən Maksvel Starvud (24 xal, 4 ribaund), “AAAF Xırdalan”dan isə Endryu Korum (20 xal, 13 ribaund) olublar.
19-cu turun NTD – “Sabah”, “Gəncə” – “Neftçi” İK və “Olimpik Şəki” – “Zirvə Astara” oyunları müvafiq olaraq fevralın 23-ü, 25-i və 26-da keçiriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”