Ölkə futbolu
“Sabah” – “Beşiktaş” xeyriyyə matçından götürülən gəlir açıqlandı

Mayın 13-də keçirilmiş “Sabah” – “Beşiktaş” xeyriyyə matçının gəlirləri bəlli olub.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın gəlirləri 718019 AZN təşkil edib.
Oyundan əldə edilmiş bütün gəlir ən qısa zamanda “Beşiktaş” klubu tərəfindən yaradılmış “Bırakmam seni Türkiyem” yardım kampaniyasının hesabına köçürüləcək.
Matçdan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş bölgədə məktəb tikintisi üçün xərclənəcək.
Xatırladaq ki, sözügedən oyun 3:3 hesabıyla başa çatmışdı.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-13 14:15
“Sabah”da əlcəzairli məşhur hücumçu
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat