Bizi izləyin

Ölkə futbolu

“Sabah” muradına çatmasa, Murad sabaha qalmayacaq

blank
blank

“Turan Tovuz”un ən çox ehtiyac duyduğu sabitlikdir. Komanda səfər oyunlarında çempion kimi oynayıb ən güclü rəqibləri udur, ardınca evdə sıradan komandalara qarşı aciz qalır. Bu, ev sindromu deyil, “bir nömrə” kimi oynayanda əziyyət çəkməyin nəticəsidir.

Yəqin ki, zamanla problem yoluna qoyulacaq. Qərblilərin belə potensialı var. Ayxan Abbasov yeni yığılan heyəti formalaşdırdıqca, oyunçular bir-birinə uyğunlaşdıqca daha yaxşı olacaq. O zaman oyunda sabitlik yaranacaq və “Sabah” üzərində səfər qələbəsi gözlənilməz sayılmayacaq. “Turan Tovuz” hələlik böyüməkdə olan uşaq kimdir, yıxıla-dura irəliləyir. Komanda “Səbail”lə ev matçında döyüləcək, “Sabah”ı səfərdə döyəcək qədər qeyri-adidir.

Abbasovun yetirmələrinin qələbəsinə kölgə salmaq olmaz. “Turan Tovuz” dünən “Sabah”a oyunu çevirmək üçün ümid yeri qoymadı, mübarizə apardı, istədiyi vaxt qollarını vurdu və layiqli qələbə qazandı. Büdcən, şəraitin, oyunçu potensialın rəqibdən zəifdirsə, bunu əzmkarlıqa, döyüşkənliklə və futbol biclikləri ilə sığortalamalısan. Qərblilərdə hamısı var, futbol biclikləri də standart vəziyyətlərindən maksimum yararlanmaq bacarığıdır.

Amma dünən qeydə alınan 3:0-ın səbəbkarı həm də Murad Musayevdir. Rusiyalı məşqçi aldığı psixoloji zərbəni komandanın içinə daşıyıb və bu, nəticələrdə özünü büruzə verir. Komandada ruh düşkünlüyü var, toparlana bilmirlər.

Hazırkı vəziyyətdə rəhbərliyin üzərinə böyük iş düşür. Məhz onlar məşqçiyə dəstək olmalı, komandanın özünə gəlməsini təmin etməlidirlər. Yeni yaranan komandalarda sürətli inkişafdan sonra belə geriləmələr gözləniləndir və uçuruma yuvarlanmadan qarşısını almaq mümkündür. Zatən məhz belə olduqda bərkə-boşa düşürsən, böyüyürsən.

“Sabah”da bəlli oyun dəst-xətti, sistemi var. Komandadan önəmli oyunçular, həmin sistemi işlək vəziyyətə gətirən aparıcı ifaçılar gedəndə belə problemlər yaranır. Həmin vacib “detal”ı yerinə qoyduqdan sonra yenə işlər axarına düşəcək. Coy-Lens Mikels və Aleksey Kaşuka layiqli əvəzedicilər tapılan kimi komanda yenidən iddialı olacaq.

Lakin bügünkü “Sabah”ın əsas problemi məhz Musayevlə bağlıdır. O, “Partizan”ı evdə 2:0 hesabı ilə yendikdən sonra səfərdə bu üstünlüyü qoruya bilməməyin öz səhvi olduğunu gözəl anlayır və bunu özünə bağışlaya bilmir. Serbiya klubu hər nə qədər təcrübəli olsa da, indi yaxşı günlərini yaşamır. Növbəti mərhələdəki darmadağın bunu sübut etdi. Onları sıradan çıxarmaq “Sabah”a qismət olmalıydı, gəl ki, Musayevin yanlış seçimləri bunu mümkünsüz etdi.

İndi rusiyalı mütəxəssis həmin uğursuzluğun şokundan ayıla bilmir. “Neftçi” ilə oyunda uşaq hərəkəti edib qırmızı vərəqə aldı, həmin matçda qoruduğu Amin Seydiyev isə “Zirə” ilə matçda meydandan qovuldu. Və dünən ardıcıl məğlubiyyətlərə biri də əlavə olundu. Məşqçinn gərgin olmasının digər nümunəsi canlı efirdə müsahibədən boyun qaçırması idi. Sanki ərköyünlüyə öyrəşib, onun nazı ilə oynanılmasını istəyir.

“Qəbələ”ni 5:0 hesabı ilə yenə və “Turan Tovuz”a 0:3 hesabı ilə yenilən komandanı 180 dərəcə dəyişən yalnız Konfrans Liqasındakı uğursuzluqdur. Onun baş memarı Murad bəy öz gərginliyini komandanın içinə daşıyıb.

Musayev vəziyyəti dəyişə, pis seriyaya son qoya bilmir. Əvəzində az qala tovuzluları onlara qarşı motivasiyalı oynamaqda qınayır. “Sabah”a qarşı rəqiblər başqa istəklə oynayırsa, Musayev bundan şikayətlənməməli, əksinə, sevinməlidir – deməli, onun komandasını sayır, ciddiyə alırlar.

Qonaqların meydanda döyüşməsi ötən tur alınan məğlubiyyətdən sonra özünü sübut etmək istəyi ilə bağlı idi. “Sabah” məğlubiyyətlərdən dərs çıxarıb növbəti matça köklənə bilmirsə, bu, Murad bəyin problemidir.

Musayevi məğlub edənlər Azərbaycanın gələcəyi olan gənc məşqçilərdir. İstər “Zirə”, istərsə də “Turan Tovuz” rəqibini məşqçi ağlı hesabına yendi. Musayev güzəşt gözləməkdə səhv edir, bəlkə də təriflərdən xumarlanıb, lakin əsl bacarığı məhz belə zərbələrdən sonra komandanı toparladığı zaman bilinəcək. “Sabah” muradına çatmasa, Murad sabaha qalmayacaq.

Tur sürpriz nəticə ilə başladı. Bu turda digər iddialılar büdrəməsə, “Sabah” çox geri qalacaq. Düzdür, çempionat hələ təzə başlayıb, amma bu qədər bərbad startdan sonra çempionluq ümidləri kölgədə qalıb. “Bayquşlar”ın hazırda əsas vəzifəsi özünə gəlmək, potensialına uyğun oynamağa başlamaqdır.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2023-11-29 15:33

Rəhman Hacıyev “Neftçi” ilə danışıqları davam etdirir

blank
I Liqa2023-11-29 15:19

“İrəvan”ın prezidenti, “İmişli”nin meneceri cəzalandı

blank
Dünya futbolu2023-11-29 15:07

Nunyes “Liverpul” tarixinin ən bahalı transferi oldu

blank
Dünya futbolu2023-11-29 14:50

“Barselona”nın gəliri 70 milyon avronu keçdi

blank
Digər idman növləri2023-11-29 14:32

Quluzadə beynəlxalq yarışda mübarizə aparacaq

blank
Ölkə futbolu2023-11-29 14:15

“Sabah”a dəyən zərəri “Qarabağ” ödəyəcək

blank
Dünya futbolu2023-11-29 14:15

“Çelsi” Osimhendən əl çəkmir

blank
Digər idman növləri2023-11-29 14:01

Donçiçin 41 xalı qələbəyə kifayət etdi

blank
Müsahibə2023-11-29 13:44

Rəhman de Byazi ilə danışmaq istəyirmiş: “Yığmanın yerli mütəxəssisə tapşırılmasının tərəfdarıyam”

blank
Ölkə futbolu2023-11-29 13:27

“Səbail” bir rekordu təkrarladı, digərini yox

blank
Dünya futbolu2023-11-29 13:10

“Çelsi”nin satışından əldə edilən pulu Ukraynaya deyil, İsrailə vermək istəyiblər

blank
Dünya futbolu2023-11-29 12:52

Halanddan ÇL-də yeni rekord

blank
Digər idman növləri2023-11-29 12:37

Parataekvondoçularımız qran-prinin final mərhələsində iştirak edəcək

blank
Ölkə futbolu2023-11-29 12:20

“Oyundan sonra bəzən danışmağa hazır olmuruq” – Hacıyev

blank
Ölkə futbolu2023-11-29 12:00

“Qarabağ” Norveçə yola düşdü – FOTOLAR

blank
Digər idman növləri2023-11-29 11:44

Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

blank
Layihə2023-11-29 11:25

Diniyevin məktəbində yeni istedadlar yetişir: “Üzərimizə düşən öhdəlik düzgün təməl qoymaqdır”

blank
Dünya futbolu2023-11-29 11:01

Bentankur yenə sıradan çıxdı

blank
Ölkə futbolu2023-11-29 10:50

Qurban Qurbanov “Molde” ilə oyundan danışdı

blank
Digər idman növləri2023-11-29 10:42

“Xarı Bülbül” “Panatinaikos”a qarşı

blank
Ölkə futbolu2023-11-29 10:20

UEFA Gənclər Liqası: “Qəbələ” Yunanıstan səfərində

blank
Dünya futbolu2023-11-29 10:03

PSJ də Moskardo üçün rəqabətə girdi

blank
Dünya futbolu2023-11-29 09:45

“Arsenal” Vieyranı itirdi

blank
Dünya futbolu2023-11-29 09:27

“Aston Villa” Duqlas Luisi buraxmayacaq

blank
Dünya futbolu2023-11-29 09:10

ÇL: “Qalatasaray” “Mançester Yunayted”ə qarşı

blank
Ölkə kuboku2023-11-29 08:52

Azərbaycan Kuboku: Bu gün 1/8 finalın daha 4 iştirakçısı bəlli olacaq

blank
Dünya futbolu2023-11-29 08:35

Tuhel adaşının vəziyyətini başa düşür

blank
Dünya futbolu2023-11-29 08:17

Simeonenin 100-cü oyunu

blank
Müsahibə2023-11-29 08:00

Nildo Azərbaycana qayıtmaq istəyir: “Xəzər Lənkəran”ın dağılması böyük itkidir”

blank
Dünya futbolu2023-11-29 02:12

ÇL: Daha 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirdi

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

Facebook

Gündəm