Ölkə kuboku
“Sabah” – “Neftçi” matçı ilə bağlı sərt cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Sabah” – “Neftçi” oyununda “Sabah”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 75-ci dəqiqəsində “Sabah”ın futbolçusu Aleksey İsayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu isə buna görə 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.
Görüşün 75-ci dəqiqəsində “Sabah”ın qapıçısı Səlahət Ağayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşarkən azarkeşlərə qarşı təhqiredici hərəkət etdiyi üçün 3 oyun şərti olmaqla 6 oyun cəzalanıb, klubu 4800 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.
“Sabah”ın futbolçusu Zurab Oçiqava həm Eddi İsrafilova qarşı təcavüzkar davranışa, həm də hakimə qarşı təhqiredici hərəkət etməsinə görə 3 oyun şərti olmaqla 6 oyun cəzalanıb, klubu 6400 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.
“Sabah”ın futbolçusu Amin Seydiyev Eddi İsrafilova qarşı təcavüzkar davranışa görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.
“Sabah”ın baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
“Sabah”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.
“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub. “Neftçi” azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
“Qəbələ” – “Sumqayıt” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

- Premyer-liqa2023-09-01 14:00
Klublarımızın yay bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2023-08-31 08:00
“Qarabağ” bu gün Avroliqanın qrupuna vəsiqəni təmin edə bilər
- I Liqa2023-08-31 15:00
Yevlax stadionunda yeni tablo
- Ölkə futbolu2023-08-31 22:32
Qurban Qurbanov: “Qrupda iştirak etmək bizim üçün çox vacib idi”