Premyer-liqa
“Neftçi” “Sabah”a məğlub oldu

Bu gün Misli Premyer Liqasında XIX tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun sonuncu və mərkəzi oyununda lider “Qarabağ”ın iki əsas izləyicisi – “Sabah”la “Neftçi” komandaları üz-üzə gəlib. Meydan sahibləri matçı inamlı qələbə ilə başa vurublar.
Xatırladaq ki, daha öncə “Kəpəz” doğma meydanda “Qəbələ” ilə heç-heçəyə (2:2) razılaşıb, “Turan Tovuz” evdə “Qarabağ”a (2:3), “Sumqayıt” isə səfərdə “Zirə”yə (1:3) məğlub olub. Bu gün baş tutan digər oyunda isə “Şamaxı” “Səbail”lə ev oyunundan əzmkar qələbə (2:1) ilə ayrılıb.
Misli Premyer Liqası
XIX tur
26 yanvar
“Sabah” – “Neftçi” 2:0
Qol: C.L.Mikels, 7-pen. A.Kaşuk, 37.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev.
Masazır. “Bank Respublika Arena”, 19:00.
Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanski, 92. Ömər Qurbanov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

- Milli komanda2023-03-17 18:36
De Byazi millinin iki oyun üçün heyətini açıqladı
- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı