Ölkə futbolu
“Sabah” özünə baza tikməyə hazırlaşır
“Sabah” özünə baza tikməyə hazırlaşır. Artıq layihə hazırdı, yer seçilib, klubun bazası yaxın 1-2 il ərzində tikiləcək.
Bu barədə futbolinfo.az-a müsahibəsidə klubun prezidenti Maqsud Adıgözəlov məlumat verib. O, eyni zamanda komandanın oyunlarıı Masazırdakı “Bank Respublika Arena”da keçirməyə davam edəcəklərini bildirib: “Masazır bizə doğmalaşıb, buradan getmək istəmirik. Avrokuboka çıxsaq, müəyyən planlarımız var. Hələlik Masazırdakı arenada müəyyən dəyişikliklər etməklə avrokubokda ilkin oyunlarımızı da bura salmaq istəyirik. Yerli camaatın kluba böyük dəstəyi var, bura öyrəşmişik”.
“Sabah”ın “ASK Arena” ilə bağlı planları isə başqadı: “Biz oranı sırf akademiya üçün icarəyə götürmüşük. Bütün yaş qruplarımız oradadı, kompakt iş görürük”.
- Ölkə futbolu2024-01-31 09:52
Veşoviç “Braqa”ilə cavab matçında oynaya biləcək
- Ölkə futbolu2024-01-31 10:27
“Səbail”ə yardım etdi, mövsümün sonunadək cəzalandı
- Ölkə futbolu2024-02-01 08:00
Qonaqların istədiyi kimi: Abasov matçdan öncə uduzmuşdu
- Milli komanda2024-02-01 09:07
De Byazi: “Azərbaycan millisində hələ də maraqlı elementlər var”