Digər idman növləri
“Sabah” “Sərhədçi”yə məğlub oldu
Azərbaycan Basketbol Liqasında 13-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun açılış oyununda “Sərhədçi” və “Sabah” basketbolçuları qarşılaşıblar.
Sərhədçi İdman Mərkəzində keçirilən görüş meydan sahiblərinin 81:68 hesablı qələbəsi ilə başa çatıb. Ən məhsuldar basketbolçular “Sərhədçi”dən Endar Poladxanlı (23 xal, 7 ribaund), “Sabah”dan isə Udun Osaku (19 xal, 15 ribaund) olublar.
Turun digər oyunlarında “Gəncə” NTD-ni, “Neftçi İK” “Zirvə Astara”nı, “Olimpik Şəki” isə “AAAF Xırdalan”ı sınağa çəkəcək. Bu görüşlər 12, 14 və 15 yanvarda baş tutacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…