Digər idman növləri
“Sabah” və NTD-dən növbəti qələbə
Bu gün Azərbaycan Basketbol Liqasında 22-ci turun daha iki oyunu baş tutub.
Futbolinfo.az xəbər verir ki, günün ilk oyunu Astarada yerli “Zirvə Astara” ilə “Sabah” arasında keçirilib.
Oyuna fəal başlayan paytaxt klubu rəqibi üzərində 87:65 hesablı qələbə qazanaraq ilk pillədəki mövqeyini qoruyub. Ən məhsuldar basketbolçular “Zirvə Astara”dan Zo Tayson (16 xal, 8 ribaund), “Sabah”dan isə Entoni Patti (28 xal, 18 ribaund) olublar.
Günün ikinci oyunu Sərhədçi İdman Mərkəzində NTD və “Sərhədçi” basketbolçuları arasında keçirilib. Gərgin qarşılaşmanın sonunda NTD 76:73 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular NTD-dən Ceremi Heys (18 xal, 10 ribaund), “Sərhədçi”dən Brendon Miller (21 xal, 9 asist) olublar.
22-ci tura sabah “Olimpik Şəki” – “Gəncə” oyunu ilə yekun vurulacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…