Bizi izləyin

Ölkə futbolu

“Sabah” yenə evdə büdrədi, “Sumqayıt” səfərdə siftə etdi

blank
blank

“Qarabağ”ın səfər matçında “Neftçi”ni böyük hesabla yenməsi, deyəsən, “Sabah”ı da ruhdan saldı. Ötən tur ağdamlılarla xal fərqini 3-ə endirən paytaxt klubunun zirvəni düşündüyü bir vaxtda, liderin əsas rəqiblərindən birini darmadağın etməsi vəziyyəti dəyişdi. Çempion uğursuz oyunlar seriyasını bitirib özünə gəlincə “Sabah” büdrədi.

Əslində, Murad Musayevin yetirmələrinin xal itirməsi turun sensasiyasıdır. Çünki “Sabah” “Şamaxı”nı qəbul edirdi və yerli gənclərdən qurulan bu komandanı yenmək problem olmamalıydı. Hesab erkən açıldı və hamı darmadağının qeydə alınacağını gözlədiyi bir zamanda Kristian Sebalyosun yersiz hərəkəti meydan sahiblərini çətin vəziyyətdə qoydu. Qolla komandasına üstünlük qazandıran ispan, rəqib oyunçuya qarşı aqressiv davranışına görə meydandan qovuldu.

“Sabah” hətta 10 nəfərlə də rəqibindən üstün oynayırdı. Lakin arxayınlıq, yetərincə aqressiv oynamamaq baha başa gəldi. 75-ci dəqiqədə “Şamaxı” qırmızı vərəqə alınca bakılılar qələbəni cibində hesab edib əvəzetmələrə başladı, əsas futbolçular oyundan çıxarıldı və qonaqlar təsadüfi hücumların birində cavab qolunu vurdu. Yenidən önə keçmək üçün zamanı qalmayan “Sabah” mövsümdə 3-cü dəfə ev heç-heçəsinə razılaşdı.

“Şamaxı” hər nə qədər zəif görünsə də, komandanın son vaxtlardakı yaxşı oyunu nəzərdən qaçmamalıdı. Bölgə təmsilçisi 4 turdu uduzmur və 8 xal qazanıb. Bunun sayəsində 7-ci pilləyə qalxan “Şamaxı” “Səbail”in uğursuzluğundan əla yararlanır. Bayıl təmsilçisi ardıcıl 5 oyundu uduzur. Şənbə günü Qəbələdə, hesabı açdığı görüşdə xalsız qalan Mahmud Qurbanovun yetirmələrinin qışa kimi ilk “altılığ”a düşməyəcəyi dəqiqləşdi.

Bazar günü baş tutan ilk oyunda “Sumqayıt” da tilsimi qırdı. Gəncədə kubok matçını məğlub bitirən “kimyaçılar”, bunun əvəzini çempionatda çıxdı. Qonaqlar azlıqda qaldıqdan sonra arxayınlaşan “Kəpəz”, qapısında qol gördükdən sonra ayıldı, lakin vəziyyəti dəyişmək üçün zaman qalmamışdı. Nəticədə “Sumqayıt” mövsümdəki ilk qələbəsini 16-cı turda əldə etdi. Rəqibini uzaqlaşmağa qoymayan qonaqlar beləcə nəfəs almaq imkanı əldə etdi. “Kəpəz”ə gəlincə, bu məğlubiyyətdən sonra Gəncə təmsilçisində yenidən narahat günlərin başladığını deyə bilərik.

16-cı tura Zirədə yekun vuruldu. Meydan sahibləri qonaqların heyətindəki itkilərdən məharətlə yararlandı. Hesab minimal oldusa, qonaqlar buna görə qapıçı Kamal Bayramova minnətdar olmalıdı. Penaltini dəf edən qolkiper daha bir neçə dəfə yüzfaizli qolu əngəllədi. Bununla belə, meydan sahiblərinin təzyiqi nəticə verdi və qəsəbə təmsilçisi layiq olduğu qələbəni qazandı.

Kubokun ¼ oyunları öncəsi “Qarabağ” əsas rəqibləri ilə fərqi artırdı. 4-cü pillədə növbəylə bir-birini əvəz edən “Qəbələ”ylə “Zirə” qiyabi mübarizəsini davam etdirir. “Turan Tovuz”un 5-ci pilləyə yaxınlaşmaq şansını əldən verməsi bir yana, artıq izləyicilər də xeyli yaxınlaşıb. Amma əsas mübarizə son pillələrdə qərarlaşanlar arasında gedir. Sonuncu olan “Sumqayıt” 7-ci yerdən cəmi 3 xal geridədi və burada hər tur istənilən yerdəyişmə ola bilər.

FƏRİD

Reklam

Reklam

Reklam


blank
Ölkə futbolu2023-01-28 00:24

“Kəpəz” üç ayrılığı rəsmən açıqladı

blank
Dünya futbolu2023-01-28 00:11

“Beşiktaş”dan darmadağın

blank
Ölkə futbolu2023-01-27 23:52

Yığmamız Türkiyə klubuna qalib gəldi

blank
Dünya futbolu2023-01-27 23:33

Super Liqa klubu baş məşqçisini qovdu

blank
Dünya futbolu2023-01-27 23:11

FİFA-dan Uruqvay millisinin üzvlərinə ağır cəza

blank
Dünya futbolu2023-01-27 22:59

“Ayaks” Daliçə təklif göndərdi

blank
Ölkə futbolu2023-01-27 22:50

“Barselona”da yeni müqavilə

blank
Dünya futbolu2023-01-27 22:43

Qordon “sağsağan” olacaq

blank
Dünya futbolu2023-01-27 22:28

“Bayer” yeni qapıçı aldı, Lunyovun “Qarabağ”a yolu açıldı

blank
Ölkə futbolu2023-01-27 22:22

“Qarabağ” kimi böyük kluba qoşulduğum üçün çox xoşbəxtəm”

blank
Digər idman növləri2023-01-27 22:00

Yığmamızdan beynəlxalq turnirə uğurlu start

blank
Digər idman növləri2023-01-27 21:42

Azərbaycan komandası dünya kubokunda yarımfinala yüksəldi

blank
Digər idman növləri2023-01-27 21:09

Azərbaycan çempionu tay-brekdə məlum olacaq

blank
Ölkə futbolu2023-01-27 20:00

Kaşuk “Sabah”ın azarkeşini mükafatlandırdı

blank
Digər idman növləri2023-01-27 19:22

Liderdən növbəti qələbə

blank
Digər idman növləri2023-01-27 18:55

Azərbaycan yığması üçün ilk beynəlxalq toplanış

blank
Dünya futbolu2023-01-27 18:06

“Traktor”dan səfərdə inamlı qələbə

blank
Ölkə futbolu2023-01-27 17:45

“Zirə”nin yeni transferi Kiyev “Dinamo”sundan buna görə ayrılıb

blank
Müsahibə2023-01-27 17:30

Mikels transfer məsələsinə qarışmır: “Yaxşı komandamız var”

blank
Dünya futbolu2023-01-27 17:12

“Brayton” “Arsenal”ın təklifini rədd etdi

blank
Dünya futbolu2023-01-27 16:55

“Qarabağ”ın rəqibi cəzalandı

blank
Dünya futbolu2023-01-27 16:44

“Borussiya”dan 8.5 milyonluq transfer

blank
Dünya futbolu2023-01-27 16:32

“Ayaks” Heytinqaya tapşırıldı – müvəqqəti

blank
Dünya futbolu2023-01-27 16:21

“Everton” yeni baş məşqçi tapdı

blank
Premyer-liqa2023-01-27 16:02

Premyer Liqanın XX turu rəqəmlərin gözü ilə

blank
Dünya futbolu2023-01-27 15:51

Baş məşqçisi Emrelinin son durumunu açıqladı

blank
Dünya futbolu2023-01-27 15:33

“Vilyarreal”ın yetirməsi yenidən La Liqada

blank
Layihə2023-01-27 15:21

56 yaşlı avarçəkmə məktəbi – VİDEO

blank
Ölkə futbolu2023-01-27 15:00

Haitili futbolçu “Qarabağ”a “yox” deyib

blank
Ölkə futbolu2023-01-27 14:51

“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq

blank
Premyer-liqa2023-01-26 22:13

“Neftçi” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-26 17:03

“Neftçi” növbəti transferini açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-26 14:00

“Neftçi” “Sabah”la oyuna 3 ciddi itki ilə çıxacaq

blank
Premyer-liqa2023-01-25 19:29

“Zirə” “Sumqayıt”ı hesabı açmasına peşman etdi – VİDEO

blank
Ölkə futbolu2023-01-25 17:12

“Turan Tovuz” – “Qarabağ” matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-24 23:10

“Qarabağ” yeni transferini rəsmən açıqladı – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:30

“Kəpəz” – “Qəbələ” matçında 4 qol – VİDEO

blank
Premyer-liqa2023-01-24 17:00

Elmar Baxşıyev: “Komandamız xarakter göstərdi” – VİDEO

blank
Premyer-liqa2023-01-24 16:49

Tərlan Əhmədov: “Tapşırıq tamamilə başqa idi” – VİDEO

blank
Digər idman növləri2023-01-23 17:17

Azərbaycan güləşçiləri ilin ilk sınağına hazırlaşır – VİDEO

blank
Ölkə futbolu2023-01-21 18:46

“Neftçi” böyük və tanınmış klubdur” – VİDEO

blank
Dünya futbolu2023-01-19 23:29

Messi hesabı açdı, Ronaldo dubla imza atdı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 21:27

“Neftçi” serblərə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-19 20:24

“Kəpəz”dən “Kaysar”a 3 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 16:53

“Neftçi” yeni transferini açıqladı – VİDEO

blank
Ölkə futbolu2023-01-19 13:54

“Sabah” – “Voyvodina” matçında 6 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-19 10:20

“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət – VİDEO

blank
Ölkə futbolu2023-01-15 18:26

“Neftçi” polşalılara belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-01-15 16:30

“Kəpəz”in macarlar üzərindəki qələbəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-14 14:00

“Sabah”la matça kimi tam hazır olacağımı düşünürəm” – Stankoviç

blank
Ölkə futbolu2023-01-14 13:01

“Qarabağ” Polşa klubuna belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-01-11 12:52

“Zirə”nin rumınlarla yoxlama matçında 5 qol – VİDEO

blank
Ölkə futbolu2023-01-10 20:59

“Neftçi”nin “Vaşaş”la heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2023-01-10 13:16

Höccət Haqverdi: “Çempionluq uğrunda mübarizə aparmalıyıq”

blank
Ölkə futbolu2023-01-09 18:54

“Kəpəz”in iki futbolçusu səhər məşqində iştirak etmədi

blank
Ölkə futbolu2023-01-09 14:31

Milli üzvü rəsmən “Neftçi”də

blank
Ölkə futbolu2023-01-09 13:20

Moldova yığmasının üzvü “Turan Tovuz”da

blank
Ölkə futbolu2023-01-07 19:24

“Turan Tovuz” Antalyada – VİDEO

blank
Ölkə futbolu2023-01-05 19:40

“Neftçi”nin Türkiyədə ilk günü – VİDEO

blank
Ölkə futbolu2023-01-04 13:35

“Neftçi” Türkiyəyə yola düşdü – VİDEO

Facebook

Gündəm