Dünya futbolu
“Sabah”a yox, “Şaxtyor”a getdi
Yaroslav Rakitski “Şaxtyor”da oynayacaq. O, azad agent olaraq Donetsk klubuna keçib.
Futbolinfo.az xəbər verir ki, təcrübəli oyunçu mövsümün sonundadək “şaxtaçılar”a xidmət edəcək. Yalnız bundan sonra yeni müqaviləylə bağlı danışıqlar aparılacaq.
Bir müddət əvvəl “Sabah”a gələcəyi barədə xəbərlər dolaşan Rakitski 6 ay çıxış etdiyi “Adana Dəmirspor”da cəmi 8 matça çıxdı. O, Türkiyə təmsilçisinə azad agent kimi keçmişdi. 33 yaşlı futbolçu “Şaxtyor” yetirməsidir.
Yaroslav 2019-cu ilə kimi Donetsk təmsilçisində oynamış, daha sonra “Zenit”ə transfer olunmuşdu. Rusiya – Ukrayna müharibəsi başlayan kimi futbolçu peterburqlularla müqaviləsini pozmuşdu.