Bizi izləyin

Ölkə futbolu

“Sabah”dan bəyanat: “Mikelsin fikirləri bizi təəssüfləndirdi”

blank
blank

“Sabah” klubu komandadan ayrılan Coy Lens Mikelslə bağlı bəyanat yayıb.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi sosial şəbəkə vasitəsi ilə klub haqda tənqidi fikirlər səsləndirən almaniyalı futbolçunun iddialarını cavablandırıb:

“Qısa müddət öncəyə kimi “Sabah” ailəsinin bir parçası olan, yenicə klubdan ayrılmış Coy Lens Mikelsin klubumuzun ünvanına səsləndirdiyi fikirlər bizi çox təəssüfləndirdi. Bu günə kimi həm futbolçunun şəxsi imicini, həm də azarkeşlərin ona olan böyük sevgisini nəzərə alaraq Mikelsin “Sabah”dan ayrılma prosesi, bu proses zamanı müqavilə öhdəliklərini pozması barədə heç bir açıqlama verməmişik. Ancaq futbolçunun sosial şəbəkə hesabında klubumuzun əleyhinə səsləndirdiyi fikirlər bizi bəzi məsələlər barədə açıqlama verməyə sövq edir.

Hər kəsə məlumdur ki, klub olaraq ötən mövsümdə əsas hədəflərimizdən biri olan avrokuboklara vəsiqə missiyasının öhdəsindən uğurla gəldik. Bu uğurda bütün futbolçularla yanaşı, Mikelsin də əməyi oldu. Ancaq təəssüf ki, bizim üçün tarixi an olan avrokuboklarda ilk oyunumuzdan bir gün öncə futbolçu klub rəhbərliyinə müraciət edərək, başqa klubdan sərfəli təklif gəldiyini, onun tələb etdiyi əməkhaqqı verilməyəcəyi təqdirdə ayrılacağı ilə bağlı məlumat verdi. Oyunçunun maliyyəni prioritet kimi əsas götürməsi başadüşüləndir. Lakin Mikelsin avrokubokda, demək olar hər oyunumuzdan öncə əməkhaqqının artırılması ilə bağlı müraciət etməsi və bunun üçün əhəmiyyətli matçlara bir fürsət kimi baxması klub tərəfindən birmənalı qarşılana bilməzdi.

Komandamızın matçından öncə futbolçunun agenti klub rəhbərliyinə səsli mesaj göndərərək oyunçunun əməkhaqqında külli miqdarda artım olmayacağı halda matça çıxmayacağını bildirsə də, daha sonra Mikels özü klub rəhbərliyinə belə bir fikir bildirmədiyini demişdi. Klub olaraq “Partizan”la oyundan öncə futbolçu ilə danışıqlar aparılaraq onun istədiyi məbləği qarşılamağa hazır olduğumuz bildirilmiş, futbolçu da bu təkliflə razılaşdığını qeyd etmişdi. Lakin sonra klubdan daha yüksək məbləğ tələb etmiş və “Partizan”la vacib görüşdən bir gün öncə isə baş məşqçiyə yaxınlaşaraq müqavilənin tələblərinə uyğun olmayaraq bu matçda meydana çıxmaq istəmədiyini bildirib. Oyun ərəfəsində məşqdən dərhal sonra isə xəstə olduğunu əsas gətirərək klubun düşərgəsini tərk edib. Buna baxmayaraq, “Partizan”la ev oyununda ona və ailəsinə stadionda digər futbolçularımızın ailə üzvləri ilə eyni yer ayrılıb, bu qərarından sonra belə, ona yad münasibət sərgilənməyib. Oyundan sonra isə onun paltardəyişmə otağına enməsinə şərait yaradılıb.

Mikels açıqlamasında stadiondan şəkillərinin götürülməsini də iddia edib. Qeyd edək ki, əslində hər bir klub düşərgədən ayrılmış futbolçusunun şəklini reklam bannerlərindən çıxarmaq hüququna malikdir və bu dünyanın heç bir yerində həmin oyunçuya qarşı hörmətsizlik kimi qəbul edilmir. Lakin Mikelsin iddialarının əksinə olaraq, hazırda onun posterləri stadionun ən çox azarkeş cəmləşən hissələrində qalmaqdadır və oyunlarımıza gələn tamaşaçılar da çox güman, bunun şahidi olublar.

Futbolçu özü də qeyd etdiyi kimi, karyerasının ən uğurlu dövrünü məhz “Sabah”da keçirib. Klub olaraq onun karyerasına müsbət mənada öz töhfəmizi verməkdən, daha yaxşı şərtlərlə karyerasını davam etdirməsinə vasitəçi olmaqdan şadıq. Lakin onu da qeyd etməliyik ki, futbolçu öz maddi rifahını yaxşılaşdırmaq üçün yeni təklifləri dəyərləndirərkən, klubla müqavilə öhdəliklərinə də hörmətlə yanaşmalı, burada qeyd olunan müddəalar əsasında hərəkət etməlidir. Mikels isə müqaviləsinin öhdəliklərini yerinə yetirməyib.

Bütün bunlara rəğmən, Mikelsə xidmətlərinə görə təşəkkür edir, ona yeni klubunda uğurlar arzu edirik!

Bizim üçün “Sabah” FK-nın mənafeyi hər şeydən üstündür və heç kim klubun maraqlarından öndə ola bilməz.

Bu bəyanatla qeyd edilən mövzuda mövqeyimizi tam əks etdirdiyimizi düşünür və gələcəkdə bu istiqamətdə hər hansı paylaşım olmayacağını əvvəlcədən qeyd etmək istərdik”.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2023-12-06 10:19

“Araz-Naxçıvan” iki futbolçunu qovacaq

blank
Dünya futbolu2023-12-06 10:00

“Barselona”nın iki hədəfi

blank
Dünya futbolu2023-12-06 09:43

İngiltərə Futbol Assosasiyasını məhkəməyə verdilər

blank
Dünya futbolu2023-12-06 09:24

Yunanıstanda boykot: hakimlər qərarını verdi

blank
Digər idman növləri2023-12-06 09:07

Madrid və F1 müqaviləni razılaşdırdı

blank
Dünya futbolu2023-12-06 08:50

“Liverpul” forma satışında rəqib tanımır

blank
Dünya futbolu2023-12-06 08:35

Şahruddin üçün Kannavaro

blank
Dünya futbolu2023-12-06 08:17

Super Liqa klubları sensasiyaya imkan vermədi

blank
Müsahibə2023-12-06 08:00

Romao əvəzolunmaz futbolçu tanımır: “Sonda vurduğumuz qol bizə “can verdi”

blank
Dünya futbolu2023-12-06 02:49

“Borussiya” 1/4 finala çətinliklə vəsiqə qazandı

blank
Dünya futbolu2023-12-06 02:29

“Vulverhempton” evdə, “Arsenal” səfərdə qalib gəldi

blank
Dünya futbolu2023-12-06 01:58

“Latsio” 1/4 finalda

blank
Digər idman növləri2023-12-05 23:11

“Azərreyl”dən növbəti qələbə

blank
Milli komanda2023-12-05 22:33

“Bizi B Liqasında daha çətin rəqiblər gözləyir”

blank
Milli komanda2023-12-05 21:21

Azərbaycan yığmasından ardıcıl 5-ci qələbə

blank
Dünya futbolu2023-12-05 20:45

“Bayern”in təxirə salınan oyununun vaxtı açıqlandı

blank
Dünya futbolu2023-12-05 19:42

Premyer Liqada mövsümün ilk baş məşqçi istefası

blank
Dünya futbolu2023-12-05 19:22

Hüseynovun komandası Bolqarıstan kubokunda 1/4 finala yüksəldi

blank
Digər idman növləri2023-12-05 19:19

Avropa çempionatının loqotipi nümayiş etdirildi

blank
Digər idman növləri2023-12-05 19:00

F1. Sprint yarışı Bakıdan alındı

blank
Digər idman növləri2023-12-05 18:41

Millimiz məğlubiyyətlə başladı

blank
Ölkə futbolu2023-12-05 18:22

“Şamaxı”da Məmmədovun köməkçiləri müəyyənləşdi

blank
Digər idman növləri2023-12-05 18:00

Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağı keçirilib

blank
Digər idman növləri2023-12-05 17:46

Azərbaycan taekvondoçuları AÇ-yə bu heyətlə yollanırlar

blank
Digər idman növləri2023-12-05 17:30

Şahmatçılar Vüqar Həşimovu ziyarət edəcəklər

blank
Digər idman növləri2023-12-05 17:15

İlham Zəkiyev Tokioda 2-ci oldu

blank
Əvəzedicilər2023-12-05 17:00

“Qarabağ”ın əvəzedicilərindən növbəti qələbə

blank
Ölkə futbolu2023-12-05 16:44

AFFA azarkeşlərlə əlaqələndirici şəxslər üçün seminar təşkil edib

blank
Digər idman növləri2023-12-05 16:30

Ölkə birinciliyində 5 kateqoriya üzrə qaliblər müəyyənləşdi

blank
Ölkə futbolu2023-12-05 16:16

“Kür-Araz” 3 xalı 7 qolla qazandı

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

Facebook

Gündəm