Ölkə futbolu
“Sabah”dan təqdirəlayiq addım – VİDEO
Həftə sonu Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Sabah” “Səbail”i qəbul edəcək.
Futbolinfo.az xəbər verir ki, “Sabah” “Bank Respublika Arena”da keçiriləcək oyuna yerli sakinlərdə maraq yaratmaq üçün Xırdalan şəhərinin və Masazır qəsəbəsinin müxtəlif yerlərində matçla bağlı afişalar asıb.
Bundan əlavə, sakinlərə klubun atributları paylanaraq, bazar günü baş tutacaq oyuna dəvət ediliblər.
Klub bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb. Videonun sonunda “hamınızı stadiona gözləyirik” çağırışı ilə bütün futbol həvəskarları oyuna səslənib.
Sentyabrın 4-də “Bank Respublika Arena”da baş tutacaq “Sabah” – “Səbail” oyununa saat 18:00-da start veriləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”