Bizi izləyin

Layihə

Sabahın əsgərləri: “Azərbaycan tribunasına pis nəsə gətirmək istəmirəm”

blank
blank

Son turun “Sabah” – “Qarabağ” matçı son 5 ilin azarkeş rekordunun qırılması ilə əlamətdar oldu. Masazırdakı “Bank Respublika Arena”nı dolduran fanatlar komandalarına fərqli atmosfer hədiyyə etdi. Bu oyun həm də onu göstərdi ki, ölkədə səviyyəli futbolun “müştəri”ləri çoxdur, güclü komandalar olduqca bunu azarkeş sayında hiss edəcəyik.

Təbii ki, stadiona 10 min azarkeşin yığılmasında avrokuboklardakı uğurlu çıxışı ilə bütün ölkənin sevimlisinə çevrilən qonaq komandanın rolu böyük idi. Lakin meydan sahibləri də unudulmamalıdı. “Sabah”ın fanat ordusu olan “Soldati Di Sabah” fan-klubu Masazırda böyük bir kütləni ətrafına toplaya bilib. Fan-klubun rəhbəri Ağaxan Abdullayev futbolinfo.az saytına müsahibəsində fəaliyyətləri ilə bağlı özü dünışdı.

– “Sabah” Premyer Liqanın 14-cü turunda “Qarabağ”la qolsuz bərabərə qaldı. Əvvəlcə matçla bağlı düşüncələrinizi bölüşərdiniz.

– Əslində, öz meydanımızda qalibiyyət gözləyirdik. Hətta deyərdim ki, qələbəni qaçırdıq. 1 xala görə sevinmirik, əksinə, 2 xal itirdiyimiz üçün hamımız pis olmuşuq. Məncə, “Sabah” son illər “Qarabağ”a ən çox çətinlik yaradan komandadır. Ağdam təmsilçisi heç avrokuboklarda “Olimpiakos”a, “Nant”a qarşı “Sabah”la matçdakı qədər çətinliklə üzləşməmişdi. Üstəlik, rəqib əsas heyətlə meydana çıxmışdı. Bu görüşdə “Sabah” 2 xal itirdisə, “Qarabağ” bu qədər sıxıntı yaşadığı matçda 1 xal qazandı. Ümumiyyətlə, Murad Musayevin “Sabah”dakı debüt oyunu məhz “Qarabağ”a qarşı olmuşdu və komanda 1:5 hesabı ilə uduzmuşdu. Ancaq elə həmin qarşılaşma göstərmişdi ki, bu komanda “Qarabağ”a layiqli rəqib ola biləcək. Musayevin rəhbərliyi altında məğlubiyyət sayımız azdır. Bunun da çoxunu “Qarabağ”la oyunda almışıq.

– Oyuna 10 mindən çox azarkeş gəlmişdi ki, bu da son 5 mövsümün rekordudur. Bu, “Qarabağ”a görə idi, yoxsa “Sabah” çıxışı ilə artıq Masazırda futbolsevərləri tribunalara çəkə bilir?

– Tam demək olmaz ki, hamısı “Sabah”a görə idi. Hər matçımıza 3-4 mindən çox azarkeş gəlir. Çünki Masazır camaatı futbol görmək istəyir. “Sabah” da bu mövsüm gözəl futbol sərgiləyir. İnsanlar da bu komandanın oyunlarına yavaş-yavaş axın edir. Təbii ki, azarkeş sayının bu dəfə 10 minə çatmasında “Qarabağ”ın da töhfəsi var idi. Çünki Masazırda yaşayan insanlar avrokuboklarda çıxış edən bu komandanı görmək istəyirdilər. Üstəlik, çempionluq uğruna yarışan iki komandanın dueli idi. Eyni zamanda şəhərdən avtomobillərlə çox adam gəlmişdi. Çünki Azərbaycan çempionatı üçün çox maraqlı görüş idi.

– Ümumiyyətlə, “Sabah”ın varlığı məskunlaşdığı ərazidə futbola marağa nə dərəcədə təsir göstərə bilib?

blank

– Əvvəllər Masazırda “Əlincə” var idi. İnsanlar həmin komandaya da maraq göstərirdilər. Amma “Sabah”ın uğurlu çıxışı burada yaşayanlarda futbol sevgisini daha da artırdı. Məsələn, “Qəbələ” ilə matçda azarkeşlər üçün nəzərdə tutulan tribunaların hamısı dolmuşdu. “Soldati Di Sabah” olaraq biz də hər oyundan əvvəl komandanı qarşılamaqla üzərimizə düşəni etməyə çalışırıq, camaatda maraq yaradırıq. Hətta “Qəbələ” ilə qarşılaşmada kiçik problem yaşanmışdı və Masazır camaatı da “Sabah”ı mənimsədiyini, bu komandaya sahib çıxdığını göstərdi. Hücumçumuz Coy Lens Mikelslə rəqib problem yaşamışdı və Masazırdakılar buna reaksiya göstərmişdilər. Bu da ondan xəbər verir ki, klubu sevirlər. Klub da bu baxımdan uğurlu işlər görür. Hər qarşılaşmadan əvvəl posterlər yapışdırırlar, insanları stadiona dəvət edir, onlarda futbola maraq yaratmağa çalışırlar. Bizim fan-klubun da məqsədi insanları tribunalara cəlb etməkdir. Azərbaycanda futbola maraq var. Sadəcə, bunun üstündə duran yoxdur.

– Maraqlıdır, sizin özünüzün “Sabah”a azarkeşliyiniz necə yarandı?

– 2008-ci ildən Türkiyə futbolu ilə yaxından maraqlanıram. Azərbaycan futbolunu çox izləmirdim. Sadəcə, o vaxt AZAL-ın matçlarına gedirdim. “Sabah”ın sosial şəbəkələrdəki paylaşımlarını, uşaqların oyunlara olan marağını gördüm. Gördüm ki, yeni yaranan klub olsa da, hamı tənqid edir. Özümə də maraqlı gəlirdi ki, insanlar niyə yeni yaradılan klubun üstünə bu qədər gedir. Hətta klubun adına da söz qoşurdular. Guya “Qalatasaray”ın və ya “Fənərbaxça”nın adı güclüdür. Birində qalata və saray var, digərində baxça. “Sabah” isə yeni klub olduğu üçün bir az lağa qoyurlar. Mən də belə şeyləri sevmirəm, həmişə bu tip insanlara, komandalara dəstək vermişəm. Murad Musayevin gəlişinin də müəyyən rolu oldu. Çünki onun rəhbərliyi altında komanda tam fərqli oynamağa, yerli gənclərə üstünlük verməyə başladı. Bu da onu göstərdi ki, klub ölkə futboluna nəsə qatmaq istəyir. Təkcə “Qarabağ”la düzələn iş deyil. “Neftçi”nin də son illərdəki çıxışı heç kimi razı salmır. “Sabah” göstərdi ki, “Qarabağ”la “dirəşəcək”, yan-yana gedəcək bir komanda var. Bu klub nəsə etməyə çalışır. Sadəcə, Azərbaycanda həmişə yeni yaradılan nəyəsə qarşı mənfi atmosfer formalaşır. Mən isə yeniliyə açıq insan olduğum üçün marağımı çəkdi. Düşündüm ki, belə bir kluba biz niyə dəstək verməyək, onların yanında olmayaq? Oradakı oyunçuların çoxu da azərbaycanlılardır. Yusif İmanov, Ceyhun Nuriyev kimi gənclər milli üzvləridir. Onlara yığmada dəstək verilirsə, klubda da kimsə yanlarında olmalıdır. Bu düşüncə ilə ətrafımdakı insanları yığıb oyunlara getməyə başladım. Ondan sonra sayımız artmağa başladı. Bu da “Sabah”ın uğurlarından qaynaqlandı.

– “Sabah” cəmi 4 ildir Premyer Liqada iştirak edir. Ondan əvvəl hansı komandaya azarkeşlik edirdiniz?

– Azərbaycanda heç bir kluba azarkeşlik eləmirdim. Avrokuboklarda iştirak edən istənilən komanda canımız-ciyərimizdir, ölkəmizi təmsil edir. Həmişə avrokubok matçları zamanı bilet alıb oyunlara getmişəm ki, kluba hərtərəfli dəstək ola bilim. Azərbaycanda fanatı olduğum klub yox idi. 14 ildir ki, “Fənərbaxça” azarkeşiyəm. Türkiyədəki “Gənc Fənərbaxçalılar”ın da üzvüyəm, 20-dən çox matçlarına getmişəm. Azərbaycanda AZAL-ın bir çox oyunlarına getmişəm. Çünki özüm də futbolçu olmuşam, AZAL-da Tərlan Xəlilov məşqçim olub. Amma ölkə daxilində “Sabah”dan başqa azarkeşlik elədiyim komanda olmayıb.

– Niyə məhz “Soldati Di Sabah”?

– Bu adın iki cür mənası var. Biri “Sabah” klubunun əsgərləri, digəri isə sabahın əsgərləri. Yəni Azərbaycan üçün əsgər olacaq gənclər. Biz hamımız gələcəyin əsgərləriyik, Vətəni qoruyacağıq. Adı da bu düşüncə ilə qoymuşuq.

– Fan-klubunuzun hazırda neçə üzvü var və tərkibinizi genişləndirmək üçün nə kimi işlər görülür?

blank

– Hazırda rəsmi olaraq 100-dən çox üzvümüz var. Heyəti genişləndirmək üçün insanlara bir-bir yazıb onları bu şəkildə cəlb eləmirik. Kim bizə qoşulmaq istəyirsə, yazır, biz də onlara necə davranmaq lazım olduğunu öyrədirik və heyətimizə qatırıq. Məsələn, “İmarət”, “Forza Neftçi”, “Qarabağ ordusu” kimi bizdən böyük fan-klublar var. Onların hamısına hömət edirik. Çünki 14-15 ildir hamısı tribuna bilən insanlardır. Onlara baxaraq inkişaf eləməyə çalışırıq. Bir ildəki inkişafımız çox yüksəkdir. Azərbaycanda bir il ərzində belə yüksələn fan-klub görməmişdim. “Soldati Di Sabah” hələ ki, uğurlu gedir. Ümid edirik ki, belə də davam edəcək. Klubun uğurları artdıqda sayımız da artacaq. Elə “Qarabağ”la son görüşdə 250 nəfərdən çox idik. Halbuki 100-110 üzvümüz var. Masazır camaatı komandaya dəstək olmaq üçün bizə qoşulurdular. Kənar tribunalardakı kimi tum çırtlamaqla məşğul olmurdular. Fan-klub düşüb qapı-qapı adam yığmalı və ya bunun üçün kiməsə xahiş eləməli deyil. Sosial şəbəkələrdə paylaşırıq ki, oyunumuz filan tarixdədir, dəstək olmaq istəyən bu nömrələrlə əlaqə saxlasın. Uşaqlarla bir yerdə vaxt keçiririk, bir-birimizdən nələrsə öyrənirik. Fan-klubun adı hələ “Soldati Di Sabah” olmayanda toplaşdığımız ilk oyunda 30-40 nəfər var idi. Onlar da tanışlarım, dostlarım idi. Hamısını yığıb aparmışdım ki, komandaya dəstək versinlər. Ancaq indi belə deyil. Tribunaya girirəm, baxıram ki, arxamda 100-150 nəfər adam var. Özlərinin marağı artıb, oyunlara gəlirlər.

– Ölkədə ən yaxşı fan-klublar “Forza Neftçi” və “İmarət” sayılır. Meydançada olduğu kimi, tribunalarda da onlarla rəqabətə hazırsınız?

– “Forza Neftçi”, “İmarət” və “Qarabağ ordusu” bizdən qat-qat böyükdür və illərin təcrübəsidir. Biz cəmi bir ildir toplaşmağa başlamışıqsa, onlar 15-20 ildir bu işin içindədirlər. Hamısı da peşəkar azarkeşlərdir və təcrübə baxımından bizdən qat-qat üstündürlər. Bizim məqsədimiz də kiçik kubların yox, “Qarabağ”ın, “Neftçi”nin fan-klubları ilə rəqabət aparmaqdır. Çünki yaxşı rəqabət inkişafa yol açır. Təzə gələndə çox səhvlər etmişdik, bilmədiyimiz şeylər var idi. Bu səhvlərdən nəticələr çıxarmışıq. “Forza Neftçi”, “İmarət” və “Qarabağ ordusu”ndakı fanatlarla əlaqələrim var. Nəyisə bilməyəndə özümdən böyüklərdən, Türkiyə tribunasından soruşuram. Azərbaycan tribunasına pis nəsə gətirmək istəmirəm. Fan-klubu yaradandan bəri əsas məqsədim “Sabah”a dəstək olmaqla yanaşı, həm də Azərbaycan tribunasına yenilik gətimək olub. Kimsə bizi tərk edib “İmarət”ə və ya “Forza Neftçi”yə gedə bilər. Mən onları futbola cəlb edim, onda biləcəyəm ki, Azərbaycan tribunası üçün nəsə eləmişik.

– Klubun futbolçu, məşqçi, və rəhbər heyəti ilə münasibətiniz necədir?

– Klubla münasibətimiz əladır. İstər Murad Musayev, istərsə də futbolçular hər oyundan sonra bizə tərəf gələrək alqışlayırlar. Belə futbolçular var ki, şəxsi həyatda belə, onlarla söhbətlər edirik. Oyunlardan əvvəl danışıb məsləhərləşirik. Onların istədiyi bir şey etməyə çalışırıq ki, futbolçularımıza da xoş olsun. Mənə özümdən çox futbolçunun arzuladığı şeyi həyata keçirmək vacibdir. Nəyisə etməmişdən əvvəl futbolçularla məsləhətləşirik ki, onların xoşuna gəlib-gəlməyəcəyini bilək. Onlara pis təsir edəcəksə, həmin hərəkəti eləmirik. Klubla görüşlərim olur. Fan-klubun öz maliyyəsi formalaşmadığı üçün çox şeydə klub bizə yardım edib. Çox şeyi özümüz eləmişik, amma klubdan da nə istəmişiksə, heç vaxt geri çevirməyiblər. Çünki çox yaxşı bilirlər ki, məqsədimiz yalnız “Sabah”a dəstək olmaqdır. Öz maliyyəmiz formalaşandan, fondumuz olduqdan sonra klubla çox bağlılığımız qalmayacaq.

– “Sabah” Murad Musayevə qədər çox məşqçi dəyişikliyi etdi. Necə düşünürsünüz, rəhbərlik artıq axtardığını tapıb?

– Mənə elə gəlir ki, Murad Musayev “Sabah”da qalsa, “Qarabağ”la nəinki rəqabət aparacaq, hətta çempion olacaq komanda qurulacaq. O, “Krasnodar”ı Çempionlar Liqasına daşıyan məşqçidir. Məşqçiliyə də sıfırdan başlayıb. Məncə, Musayev Azərbaycana gələn ən yaxşı beş məşqçidən biridir. “Sabah” ötən mövsüm də autsayderlər sırasında idi, Murad Musayevin gəlişindən sonra 5-ci pilləyə qədər yüksəldi. Böyük ehtimalla komandada qalacaq. Hazırda “Qarabağ”la başabaş mübarizə aparacaq yeganə komanda da “Sabah”dır.

– Bu mövsüm komandanız çempionluq mübarizəsi aparır. İkincilik azarkeşlər tərəfindən uğur, yoxsa uğursuzluq kimi qəbul olunacaq?

– Qarşıda hələ çox oyunlar var. Xal itkiləri baş verə və ya daha çox xal toplaya bilərik. Bəlkə 3-cü pilləyə düşdük və ya 1-ci yerə yüksəldik. Düzü, bizim üçün indi ikincilik də uğurdur. Çünki gözümüzü Premyer Liqaya yox, Azərbaycan kubokuna dikmişik. Təbii ki, heç kim çempionluğa da “yox” deməz. “Qarabağ”la aramızda xal fərqi də elə böyük deyil. Mövsümün necə yekunlaşacağını gələcək oyunlar göstərəcək.

blank
blank
blank
blank

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Premyer-liqa2024-01-27 08:55

“Kəpəz” “Qarabağ”a, “Zirə” “Sabah”a qarşı

blank
Ölkə futbolu2024-01-27 08:00

Hakimlər ədalətli olunca…

blank
Dünya futbolu2024-01-27 02:50

“Mançester Siti” “Tottenhem”ə qalib gəldi, 1/8 finala yüksəldi

blank
Dünya futbolu2024-01-27 02:37

“Alaves” doğma meydanda darmadağına üzüldü

blank
Dünya futbolu2024-01-27 02:24

“Renn” Liondan qələbə ilə qayıtdı

blank
Dünya futbolu2024-01-27 02:06

“Torino”dan səfər qələbəsi

blank
Dünya futbolu2024-01-27 01:48

“Ayntraxt”dan növbəti qələbə

blank
Digər idman növləri2024-01-27 00:54

AVF prezidenti Şəmkirdə səfərdə olub

blank
Dünya futbolu2024-01-26 23:52

Məmmədov Polşa klubunda növbəti oyuna çıxdı

blank
Digər idman növləri2024-01-26 23:28

Azərbaycan cüdoçularından qran-prinin ilk günündə 3 medal

blank
Digər idman növləri2024-01-26 22:42

Əliyeva dünya çempionatına vəsiqə qazandı

blank
Digər idman növləri2024-01-26 22:31

Cüdo Tədqiqatçıları Assosiasiyasının prezidenti ASAPES-in qonağı olub

blank
Müsahibə2024-01-26 22:00

Məhəmmədov: “Lunyovu ən yaxşı adlandırmaq düzgün olmaz”

blank
Digər idman növləri2024-01-26 21:44

“Sərhədçi” ardıcıl üçüncü qələbəsini qazanaraq, pley-off zonasına qoşuldu

blank
Ölkə futbolu2024-01-26 20:47

“Qarabağ” rəsmi himnini təqdim etdi – VİDEO

blank
Digər idman növləri2024-01-26 19:40

“Neftçi”ni “Sumqayıt”a dəyişdi

blank
Ölkə futbolu2024-01-26 18:33

“Səbail” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Müsahibə2024-01-26 18:25

“Azərbaycan futbol oynamaq üçün çox yaxşı ölkədir”

blank
Digər idman növləri2024-01-26 18:10

Avtraliyada ikinci finalçı da məlum oldu

blank
Premyer-liqa2024-01-26 17:58

“Evdə uğurlu seriyamızı davam etdirmək istəyirdik” – Ayxan Abbasov

blank
Dünya futbolu2024-01-26 17:44

Yarımfinalın püşkü atıldı

blank
Premyer-liqa2024-01-26 17:34

“İrəlidə daha yaxşı “Səbail” görəcəyik” – Şahin Diniyev

blank
Əvəzedicilər2024-01-26 17:17

Əvəzedicilər Liqasında 23-cü turun proqramı bəlli oldu

blank
Premyer-liqa2024-01-26 16:52

“Turan Tovuz”dan “Səbail” üzərində inamlı qələbə

blank
Əvəzedicilər2024-01-26 16:40

Əvəzedicilərin yarışında 22-ci turun oyun cədvəli açıqlandı

blank
Dünya futbolu2024-01-26 16:21

Qrup mərhələsinin ən yaxşı məşqçisi

blank
Əvəzedicilər2024-01-26 16:00

Şahhüseyni və Şahniyarova 2 oyunluq cəza

blank
Dünya futbolu2024-01-26 15:44

Klopp “Liverpul”dan ayrılır – Rəsmi

blank
Dünya futbolu2024-01-26 15:31

“Mançester Siti”dən “Vest Hem”ə

blank
Ölkə futbolu2024-01-26 15:16

“Qarabağ”a öz gücümüzü göstərməyə çalışacağıq”

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

Facebook

Gündəm