Ölkə futbolu
“Sabah”ın futbolçusu ən istedadlı gənclər arasında

CİES Futbol Observatoriyası dünyanın ən istedadlı gənclərinin siyahısını dərc edib. 2002-ci il təvəllüdlü və daha gənclərin düşdüyü siyahıya top-klublara ən hazırlıqlı oyunçular salınıb.
Futbolinfo.az xəbər verir ki, cədvəldə Azərbaycan millisinin qapıçısı Yusif İmanov da yer alıb. “Sabah”ın qolkiperi ən yaxşı 55-ci gənc hesab edilib. 20 yaşlı futbolçu 49,5 reytinq xalına layiq görülüb. Onun transfer qiyməti isə 700 min avroya bərabər göstərilib.
Qeyd edək ki, siyahıya “Benfika”nın futbolçusu Antonio Silva başçılıq edir. Digər həmyerlimiz Musa Qurbanlı isə 46 xalla 88-cidir.

- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”
- Premyer-liqa2023-12-02 20:28
Tovuzda məhsuldar heç-heçə