Ölkə futbolu
“Sabah” Gürcüstandakı son sınağından məğlub ayrıldı
İyulun 15-dən Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan “Sabah” bu gün sonuncu yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv yerli “Saburtalo” komandası ilə qarşılaşıb.
Görüş Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunub. “Zestafoni” təlim-məşq bazasının stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesabıyla bitib. Qarşılaşmanın ilk yarısında rəqib hesabı açsa da, 74-cü dəqiqədə Veysəl Rzayev “Sabah”ı məğlubiyyətdən xilas edib. 90 dəqiqə heç-heçə bitdiyi üçün qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Saburtalo” 4:2 üstün olub. Oyundan sonra qalib komandaya xatirə kuboku təqdim edilib.
“Sabah” Tiflis toplanışı çərçivəsində daha öncə “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klublarıyla qarşılaşmışdı.
Yoxlama oyunu
28 iyul
Sabah – Saburtalo 1:1 (penaltilər 2:4)
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…