Ölkə futbolu
“Sabah”ın qış hazırlıq planı açıqlandı
“Sabah”ın qış hazırlıq planı bəlli olub.
Futbolinfo.az xəbər verir ki, Visente Qomesin çalışdırdığı komanda mövsümün ikinci yarısının hazırlığına yanvarın 8-də, “Bank Respublika Arena”da start verəcək.
“Sabah” hazırlıq çərçivəsində yanvarın 14-də “Səbail”lə yoxlama oyununda qüvvəsini sınayacaq. Görüş “Bank Respublika Arena”da baş tutacaq. Matçın keçiriləcəyi saatla bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, “Sabah” Premyer Liqada fasilədən sonrakı ilk matçında yanvarın 21-də “Qarabağ”la qarşılaşacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-15 16:20
“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”
- Müsahibə2024-04-15 22:35
Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”