Ölkə futbolu
“Sabah”ın tarixi uğurlarında pay sahibi olmaq istəyirəm”

“Burada əsas məqsədim klubun tarixi uğurlarında pay sahibi olmaqdır”.
Futbolinfo.az xəbər verir ki, bunu “Sabah”ın yeni transferi İshak Belfodil klubun mətbuat xidmətinə açıqlamasında deyib.
31 yaşlı əlcəzairli hücumçu oyuna çıxacağı anı səbirsizliklə gözlədiyini bildirib: “Burada olmaqdan çox şadam. “Sabah” gənc klubdur. Azarkeşlərimizə məni xoş qarşıladıqlarına görə təşəkkür edirəm. Mən və komanda var qüvvəmizlə çalışaraq əlimizdən gələni edəcəyik ki, onları müsbət nəticələrimizlə sevindirək”.
Qeyd edək ki, “Sabah” Belfodillə 2+1 illik müqavilə imzalayıb.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Premyer-liqa2023-12-03 18:58
“Neftçi” “Zirə”yə qalib gəldi