Ölkə futbolu
“Sabah”la matça kimi tam hazır olacağımı düşünürəm” – Stankoviç

“Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç klubun rəsmi televiziyasına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, zədə səbəbindən uzun müddət komandadan ayrı düşən serbiyalı futbolçu vəziyyətin yaxşılığa doğru getdiyini söyləyib:
“Artıq komandaya qoşulmuşam, hazırlıq çox yaxşı gedir. “Sabah”la çempionat oyununa təqribən 2 həftə var. Həmin matça kimi tam hazır olacağımı düşünürəm”.
35 yaşlı müdafiəçi yeni transfer Höccət Haqverdi barədə də fikirlərini bölüşüb. O, yeni müdafiəçinin də Azər Salahlı kimi universal olduğunu bildirib: “Höccət Azərbaycan millisinin üzvüdür. Müdafiə xəttimizə çox kömək edəcək. Həm müdafiənin cinahında, həm də mərkəzində çıxış edə bilir. Düşünürəm ki, bu dəyişikliklərin bizə faydası olacaq”.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib