Digər idman növləri
Şahmatçılarımızdan dünya çempionatında uğursuz gün
Şahmat üzrə Azərbaycan milli komandası İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyunlarını keçirib.
Futbolinfo.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun 3-cü turunda Hindistan seçməsi ilə üz-üzə gəlib.
Bu görüş rəqibin qələbəsi ilə başa çatıb – 2,5:1,5. 4-cü turda isə Polşanı sınağa çəkən Azərbaycan yığması sülhə razılaşıb – 2:2.
Xatırladaq ki, yığmamız ilk yarış günündə Özbəkistanı 2,5:1,5, ABŞ-ı isə 3:1 hesabı ilə üstələmişdi. Azərbaycan millisi hazırda 5 xalla B qrupunun 2-ci pilləsində qərarlaşıb.
Qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?