Bizi izləyin

Müsahibə

Şahruddin etiraf etdi: “Azərbaycanla bağlılığım yoxdur, vətəndaşlıq almağım mənə də maraqlı gəldi”

blank
blank

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiyanın “championat.com” saytına geniş müsahibə verib. Futbolinfo.az həmin müsahibənin maraqlı hissələrini təqdim edir.

– Azərbaycana gedişiniz necə baş tutdu?

– Qapıçılar üzrə məşqçim var idi – Gennadi Kaxiani. Bir dəfə zəng edib dedi ki, Azərbaycana getmək imkanı var. Mən dərhal razılaşdım. Mənim üçün nə komandanın səviyyəsi, nə də maaş önəmli idi. Gözlərimi yumub getdim.

– Orada nə gördün?

– Azərbaycan birinci liqa komandasında idim. Sərtləşmə üçün uyğun yer. Əgər orada sağ qaldınsa, heç nə qorxulu deyil. Baxışa getdim, ilk məşqdən sonra məşqçinin xoşuna gəldim. Beləliklə, iki ay məşq etdim, mövsümə hazırlaşdım. Tribunaların altında yardım otağında qalırdıq. Başqa heç nə yox idi. Amma xoşbəxt idim – sadəcə, futbol oynamaq istəyirdim. “Şahdağ” haqda uzun müddət danışmaq olar.

– Mən tələsmirəm.

– Yayda eyni meydanda məşq edib, matçlar keçirdik. Amma payıza qədər yağış və qar oldu. Ora dağlıq ərazidir, meydançanı yararsız vəziyyətə saldı. Sonra idman zalına getdik. Mini-futbol meydançasında məşq edirdik və ancaq oyunlar üçün çölə çıxırdıq. Çətin, lakin əyləncəli vaxtlar idi. Nəhayət, müqavilə imzalayanda dedim ki, ailəsiz burada qalmayacağam.Yalnız buna dözə bilmirdim. Bir-iki ay televizorumuz belə yox idi. Klub bizim üçün ev icarəyə götürdü.Birinci mərtəbədə həyat yoldaşım və kiçik qızımla mən qalırdım, ikinci mərtəbədə isə ev sahibləri.

– Sonra nə oldu?

– “Şahdağ”ın heyətində 15 oyun keçirdim. Azərbaycanın gənclərdən ibarət yığmasının seleksiya düşərgəsinə dəvət aldım. Ardından “Sumqayıt”dan təklif gəldi. Onların alman məşqçisi məni çox bəyəndi. “Sumqayıt”da da çətin idi. Amma bu, karyeramda mühüm mərhələ idi. Premyer Liqada oynamağa başladım. Çox vədlər yerinə yetirilmədi, amma yenə də mənim üçün yaxşı məktəb idi. “Sumqayıt”da oynayan zaman arzulayırdım ki,kaş “Qarabağ” kimi böyük kluba keçim. Bir anda bu arzu gerçəkləşdi.

– Yeni ölkəyə uyğunlaşmaq çətin idi?

– Elə bir çətinliyi yox idi. İstər “Şahdağ”da, istərsə də “Sumqayıt”da yerliləri özlərininki kimi qəbul edirdilər. Azərbaycanlılar çox mehriban insanlardır. Bura uyğunlaşmaq çox asandır. Həyat yoldaşım uşaq arabası ilə təkbaşına çölə çıxanda da insanlar kömək edirdilər.

– Azərbaycan vətəndaşlığını necə aldınız?

– Azərbaycanla bağlılığım yoxdur. Sadəcə, mənə maraqlı gəldi. 2014-cü ilin dekabrında Azərbaycanın gənclərdən ibarət yığmasının toplanışınaçağırıldım. AFFA-dan Rusiya Futbol İttifaqı ilə əlaqə saxlayaraq, mənim idman vətəndaşlığımı dəyişmək üçün icazə aldılar. Bu, mənə də maraqlı idi. Hətta Rusiyanı tərk edərkən buna hazır idim. Geri qayıtmaq istəmədim.

– Bir dəfə çempionat oyununda huşunuzu itirmişdiniz…

– Çempionatda “Səbail”lə oyun idi. Müdafiəçini sığortalamağa getdim. Top meydançada sıçrayaraq mənə tərəf uçurdu. Sonra top qazona dəydi və yuxarı uçdu. Həmin an rəqibin ayağı başıma gəldi – düz alnıma. Huşumu itirməmişdim, ancaq güclü ağrı var idi. Meydançaya qayıtmaq istədim, həkim məni saxladı. Xəstəxanaya apardılar, narkozla 30-dan çox tikiş qoydular. Ancaq tez qayıtdım – iki həftə sonra artıq oynayırdım.

– Çempionlar Liqasında “Viktoriya” ilə oyundakı səhvə görə çox tənqid olundunuz. Bunu necə qarşıladınız?

– Mənim oyun üslubum belədir, dəyişə bilmərəm. İllər keçdikcə daha təcrübəli, müdrik oluram. “Viktoriya”ya qarşı bu səhv məni yalnız daha güclü, ağıllı etdi.Mən oynayan qapıçıyam. Təkcə çərçivədə dayanmağı sevmirəm. Ayaqlarımla oynamağı, çərçivədən çıxmağı xoşlayıram. Bu, çox risklidir – topun trayektoriyasını hesablamaqda və ya çıxışda səhv etmək olmaz. Amma illər keçdikcə sakitləşirəm.

– Hücuma getmirsiniz?

– Uşaq vaxtı çox qaçırdım. Uduzanda, yəqin ki, hər qapıçıda belə bir istək yaranır. Amma baş məşqçi icazə vermir.

– “Qarabağ” Azərbaycan standartlarına görə “Zenit” kimidir?

– Hegemonluq baxımından bəli. Son 10 ildə Azərbaycan futbolunun simasıdır.

– Yəqin ki, Rusiya çempionatında maaşların səviyyəsini təsəvvür edə bilərsiniz. Azərbaycanda daha aşağıdır?

– Ümumiyyətlə, müqayisə olunmayan rəqəmlərdir. Büdcəsi az olan klublarla – “Sumqayıt”, “Səbail”lə yox, “Qarabağ”la müqayisə edirəm. Hesab edirəm ki, büdcəyə görə 10 qat Azərbaycan çempionu Rusiyada ilk “10-luğ”a düşə bilməz. Rusiyada çox böyük maaşlar var. Azərbaycan futbolunda ondan qat-qat azdır.

– Özünü rahat hiss etmək üçün nə qədər pul lazımdır?

– Hər şey nisbidir. Məsələn, “Şahdağ”da mənim üçün otaq kirayələyib, həftədə bir dəfə yemək gətirirdilər. 450 manat maaşım var idi. Həyat yoldaşım və qızımla bu pul dolanmağa kifayət edirdi. İnsan nə qədər çox qazanırsa, bir o qədər ehtiyacı olur.

– Azərbaycanda qiymətlər Rusiyadan aşağıdır?

– Aşağı deyil. Bakı ciddi şəhərdir, o cümlədən qiymətlər baxımından. Yoldaşım deyir ki, Moskva və Bakıda yeməyin qiyməti təxminən eynidir.

– Daim Bakıdasınız?

– Bəli, komanda daim burada məskunlaşır. Ağdam 30 ildən sonra işğaldan azad olundu. İndi hər şey bərpa olunur. Hətta bizə söz vermişdilər ki, bir neçə ildən sonra orada heç olmasa, bir neçə matçda oynaya biləcəyik. Artıq stadion layihəsi var. İşğaldan azad olunandan sonra komanda olaraq Ağdama getdik. Hər şey məhv olub, yaşayış yoxdur. Orada heç nə yox idi – yalnız xarabalıqlar. Ümid edirəm ki, zamanla evə qayıdıb, Ağdamda oynayacağıq.

– Qurban Qurbanov 15 ildir komandaya rəhbərlik edir. “Qarabağ”ın əfsanəsidir?

– O, təkcə klubun deyil, bütün ölkənin əfsanəsidir. Qurban müəllim komandanı Çempionlar Liqasının qrupuna çıxarıb və Azərbaycan futbolu üçün çox şey edir.

– Canni Di Byazi Azərbaycan yığmasına italyan futbolunu aşıladı.Orada əsas şərt qol buraxmamaqdır?

– De Byazi ilk gələndə əvvəlcə daha çox müdafiə futbolu oynamağa çalışırdıq. Siz onu italyan üslubu adlandıra bilərsiniz. Amma prinsipcə, müdafiədə oturmaq bizim üçün çətindir. Qafqazlılar təbiətcə daha çox hücuma meyllidirlər və məhz millidə hücumda çoxlu keyfiyyətli oyunçular var. Təbii ki, uzunmüddətli perspektivdə müdafiədən oynamaq sənə heç nə vermir.

– “Böyük beşlik”də özünüzü sınamaq fikriniz yoxdur?

– Əlbəttə, ora çatmaq istərdim, amma hər şey məndən asılı deyil. Mən öz işimi görürəm – məşq edirəm, oynayıram. “Qarabağ”la 3 illik müqaviləm var. Burada xoşbəxtəm, hər şeyi bəyənirəm. “Qarabağ” ciddi klubdur. Buradan ayrılsan, o zaman yalnız güclü çempionat və böyük komandaya keçməlisən.

– Təkliflər var?

– Sadəcə, söz-söhbət. Belə məsələlərə qulaq asmıram. Əvvəlki müqavilə başa çatanda müxtəlif agentlər yenisini imzalamaqdan çəkindirməyə çalışırdılar: yaxşı variantlar olacaq, Avropada pulsuz komanda tapacaqsınız və s. Ancaq ciddi variant olsaydı, deyərdilər.

Reklam

Reklam


blank
Dünya futbolu2023-09-16 01:15

“Alaves” səfərdən xalsız döndü

blank
Dünya futbolu2023-09-16 01:02

PSJ doğma meydanda uduzdu

blank
Dünya futbolu2023-09-16 00:42

“Qarabağ”ın rəqibindən “Bayern”lə məhsuldar heç-heçə

blank
Ölkə futbolu2023-09-15 23:45

“Zəngəzur” Avropa kubokunun yarımfinalında

blank
Ölkə futbolu2023-09-15 23:20

Hüseynov darmadağını kənardan izlədi

blank
Ölkə futbolu2023-09-15 22:55

“Qarabağ” – “Molde” oyununun biletləri satışa çıxarılacaq

blank
Milli komanda2023-09-15 22:25

“Üç xalı itirən tərəf biz olduq” – Borisov

blank
Milli komanda2023-09-15 21:52

Millimiz məğlubiyyətlə başladı

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:30

“Daha artığını etmək lazım idi” – Samir Abasov

blank
Premyer-liqa2023-09-15 20:06

“Qərəz olduğuna inanmıram” – Rəşad Sadıqov

blank
Digər idman növləri2023-09-15 19:34

Voleybol məşqçiləri üçün keçirilən beynəlxalq seminar başa çatıb

blank
I Liqa2023-09-15 19:15

“Qaradağ Lökbatan”la “Şamaxı”dan heç-heçə

blank
Premyer-liqa2023-09-15 18:59

“Zirə” “Sumqayıt”ı məğlub yola saldı

blank
Ölkə futbolu2023-09-15 18:20

Şeydayevdən iki məhsuldar ötürmə

blank
Digər idman növləri2023-09-15 17:58

Dünya çempionatı başlayır: rusların qayıdışı nəticələrə təsir göstərəcək

blank
Digər idman növləri2023-09-15 17:44

Basketbol yığmamız dünya reytinqində gerilədi

blank
Digər idman növləri2023-09-15 17:33

Milyarder qızından inamlı qələbə

blank
Digər idman növləri2023-09-15 17:14

AÇ-də gümüş medal qazanan Azərbaycan millisi təltif edildi

blank
Dünya futbolu2023-09-15 17:00

“Arsenal”da vida olacaq

blank
Digər idman növləri2023-09-15 16:47

“Maklaren” yalnız bir maşınını yeniləməyə macal tapdı

blank
Ölkə futbolu2023-09-15 16:30

AFFA cərimə olunmayıb

blank
Digər idman növləri2023-09-15 16:10

AÇ: Azərbaycan şahmatçıları komanda hesabında birinci oldular

blank
Digər idman növləri2023-09-15 15:55

Azərbaycan qılıncoynadanları Antalyada hazırlıq keçirlər

blank
Ölkə futbolu2023-09-15 15:38

Yığmamızın növbəti oyununun hakimləri açıqlandı

blank
Ölkə futbolu2023-09-15 15:20

“Sumqayıt”a kəsilən cərimənin detalları

blank
Dünya futbolu2023-09-15 15:01

Avqustun ən yaxşıları

blank
Dünya futbolu2023-09-15 14:44

Fransa klubundan Mərakeşə dəstək

blank
Ölkə futbolu2023-09-15 14:29

“Zəngəzur” 1/4 finala vəsiqə qazandı

blank
Ölkə futbolu2023-09-15 14:14

AFFA rəsmisi Millətlər Liqasının oyununa təyinat aldı

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

blank
Premyer-liqa2023-08-13 00:12

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-12 21:32

“Qəbələ” yenə məğlub oldu – VİDEO

blank
Dünya futbolu2023-08-11 12:00

“Neftçi” “Beşiktaş”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-11 11:32

“Sabah”ın “Partizan” üzərindəki inamlı qələbəsi – VİDEO

Facebook

Gündəm