Ölkə futbolu
Şahruddin Məhəmmədəliyev UEFA-nın diqqət mərkəzində
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev UEFA-nın diqqət mərkəzinə düşüb.
Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumu qolkiperin Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la matçdakı seyvini fərqləndirib.
Turnirdə 3-cü turun ən yaxşı qurtarışları ilə bağlı “Twitter”də paylaşım edən UEFA “Dörd əla seyv. Sevdiyiniz?” başlığı altında 4 qapıçının seyvini azarkeşlərə təqdim edib.
Şahruddinin “Olimpiakos”la görüşün əvvəllərində rəqibin cərimə zərbəsinə göstərdiyi reaksiyada fərqlənənlər sırasında olub. Onunla yanaşı, “Omoniya”nın qapıçısı Fabianonun “Mançester Yunayted”lə, AEK-in qolkiperi Kenan Piriçin “Fənərbaxça” ilə, “Betis”li Klaudio Bravonun isə “Roma” ilə görüşdəki qurtarışı da ən yaxşılardan biri kimi təqdim olunub.
Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə məğlub edən “Qarabağ” 6 xalla qrupda ikinci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-01-31 09:52
Veşoviç “Braqa”ilə cavab matçında oynaya biləcək
- Ölkə futbolu2024-01-31 10:27
“Səbail”ə yardım etdi, mövsümün sonunadək cəzalandı
- Premyer-liqa2024-02-01 20:39
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Milli komanda2024-02-01 09:07
De Byazi: “Azərbaycan millisində hələ də maraqlı elementlər var”