İngiltərənin “Liverpul” klubunda 2023/2024 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.

Futbolinfo.az Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, misirli Məhəmməd Salah birinci olub.

Müdafiəçi Vircil Van Deyk ikinci, yarımüdafiəçi Aleksis Makallister üçüncüdür.

Salah son 7 ildə dördüncü dəfə klubunda mövsümün ən yaxşısı adına layiq görülür. Təcrübəli oyunçu ötən mövsüm 44 oyunda 25 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp