Dünya futbolu
Salahın oğurlanan medalı tapıldı

Misir polisi yığmanın kapitanı Məhəmməd Salaha məxsus 2022-ci il Afrika Millətlər kubokunun gümüş medalını tapıb. Bu barədə “The Mirror” məlumat yayıb.
“Liverpul”un ulduzunun medalı onun Qahirədəki evini qarət edən 2 şəxs tərəfindən oğurlanmışdı .Onlar artıq həbs olunublar. Misir Daxili İşlər Nazirliyi həbs edilənlərdən birinin Salahın da evinin olduğu yaşayış kompleksinin keçmiş mühafizəçisi olduğunu bildirib.
Martın 2-də baş vermiş qarət hadisəsi zamanı oğurlanan digər əşyalar arasında 3 cüt futbol butsu da olub. Polis təkcə Afrika Millətlər kubokunda qazanılan gümüş medalı yox, bütün əşyaları geri qaytara bilib.

- Ölkə futbolu2023-05-24 08:30
Qurban Qurbanov Jan Borotra fəxri diplomuna layiq görüldü
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar