Dünya futbolu
“Şalke” Dadaşovun yoxluğundan səfərdən xalsız döndü
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 6-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Rödinqhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı komandanın iştirak ərizəsinə də daxil edilməyib.
“Şalke II” hazırda 7 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…