Dünya futbolu
Salvador kimi Kanada

Mərakeş tarixində ilk dəfə Dünya Çempionatında ardıcıl 2 matç qazandı. Afrikalılar bunun sayəsində 2-ci dəfə pley-off mərhələsinə yüksəldi (1986-da da bunu bacarmışdılar).
Kanada üzərində 2:1 hesablı qələbədə rol oynayan Yusuf En-Nesri iki fərqli mundialda (2018, 2022) qol vuran, Hakim Ziyeş bir Dünya Çempionatında həm qol vuran, həm də məhsuldar ötürmə edən ilk mərakeşli oldu.
Xal qazanmaq ümidi son turda da reallaşmayan Kanada isə DÇ-də keçirdiyi 6 matçın hamısını uduzan 2-ci komandadır. Şimali Amerikanın digər təmsilçisi Salvador artıq bu antirekordda şərikini tapmış oldu.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”
- Ölkə futbolu2023-01-27 14:51
“Zirə” Ukraynadan daha bir futbolçu gətirdi – uzunmüddətli müqavilə bağlanacaq