I Liqa
Divizion klubları polisə, təcili yardıma və xərəkdaşıyanlara görə cərimələndi
Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, müzakirələrdən sonra I Divizionun 13-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şamaxı-2” – “Kəpəz-2” oyununa təcili tibbi yardım maşınının gecikməsinə görə “Şamaxı-2” komandası 160 manat cərimə edilib. Polis nümayəndəsinin iclasa gecikməsinə görə “Şamaxı-2” komandası 40 manat cərimə edilib.
“Zaqatala” – “Turan Tovuz-2” oyununda “Zaqatala”nın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
“İmişli” – “Sumqayıt-2” oyununda “İmişli”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – MOİK matçı xərəkdaşıyanlarla təmin edilmədiyi üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”