Nöbəti mövsüm Premyer Liqada mübarizə aparacaq “Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Bəhruz Teymurovla başa çatan müqavilə yenilənməyib. Klub hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Şamaxı” daha əvvəl Samir Məhərrəmli, Fuad Bayramov, İbrahim Aslanlı, Əli Mürsəlov, Əbil Əbilov, Süleyman Damadayev, Elçin Qasımov, Roman Hüseynov və Əkpər Vəliyevlə vidalaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp