Ölkə futbolu
“Şamaxı”dan təsdiq gəldi: “Ən qısa zamanda borcları ödəməyə çalışacağıq”
“Şamaxı” təsdiqlədi. Klub bu gün yaydığımız xəbərin həqiqət olduğunu və bəzi borclarının qaldığını etiraf etdi.
Bölgə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov klub rəhbərliyinin rəsmi mövqeyini çatdırdı: “Bildiyiniz kimi, yeni rəhbərliyin səlahiyyətləri rəsmi olaraq iyulun 6-dan başlayıb və o tarixdən sonra yaranan maliyyə öhdəliklərini klub olaraq yerinə yetiririk. Əvvəlki rəhbərliyin dönəmindən qalan borclar barəsində də araşdırma aparılır. Proses bitdikdən sonra ən qısa zamanda borcları ödəməyə çalışacağıq. Bunlar eynilə əvvəlki dövrdə bağlanan və hazırda müqaviləsi davam edən şəxslərə də aiddir”.
Bölgə təmsilçisinin açıqlamasından aydın olur ki, onlar borclarının olduğunu inkar etmirlər. Görünür, AFFA-dan ayrılacaq maliyyə yardımını gözləyirlər ki, bütün problemlər həllini tapsın.
- Ölkə futbolu2024-01-19 10:00
“Neftçi”nin Kamilləşmə dərdi
- Dünya futbolu2024-01-18 08:00
De Byazi “Neftçi”nin sabiq hücumçusunu “Torino”ya təklif etdi
- Ölkə futbolu2024-01-18 15:05
Rahil Məmmədovun Polşa klubuna qoşulacağı vaxt bəlli oldu
- Ölkə futbolu2024-01-19 08:34
Kontenin transferinə nə qədər xərcləndi?