Bizi izləyin

Ölkə futbolu

Sanki futbol kimlərinsə əlindən qurtulmaq istəyir

blank
blank

Yeni mövsümdə 4 tur oynanılıb. 2-ci pillə ilə 9-cu yer arasında bir qələbəlik fərq var. Bu, istənilən komandanın bir-birindən xal alması ehtimalını çoxaldır. Maksimum/minimum göstərici isə iki kluba aiddir.

Diqqət çəkən əsas məqam 3 iddialı arasından heç birinin liderliyi ələ ala bilməməsidir. Bu amil kifayət qədər xal itirmiş “Neftçi” və “Sabah”ın işinə yarayır. “Qarabağ” ilk turlardan liderliyi ələ alsaydı, əsas izləyicilərinə psixoloji və faktiki daha çətin olardı.

Çempionata strateji baxıldıqda, turlar keçdikcə yerdəyişmələr müşahidə ediləcək. İndiki vəziyyətdə isə “Zirə” əla göstərici ilə vahid liderdir və qələbələrdən ikisi potensial iddialılar üzərində qazanılıb.

“Sabah” – “Neftçi” görüşünü çıxmaqla (hər ikisi 2 xaldan məhrum olub), aparıcı klublar hələ öz aralarında qarşılaşmayıblar. Bu da ən azından tərəfərlərin xal itkisi ilə üzləşəcəyi deməkdir. “Zirə” ortabablarla indiki yolunu davam edə bilsə, birinci dövrəni nəinki lider bitirə, xal ehtiyatını, fərqi artıra da bilər.

“Zirə”nin hazırkı durumu təsadüfdümü? Xeyr! Ötənmövsümkü uğursuzluq hiss olunur ki, komandaya çox mənfi təsir etmişdi. Klub rəhbərliyi və baş məşqçinin açıqlamalarında, bu, açıq sezilirdi. Önəmli olan, səhv etmək deyil, səhvlərdən nəticə çıxarmaqdır.

Baş məşqçi Rəşad Sadıqovun “14 futbolçu yola salındı, 5-6 transfer edildi” açıqlaması sıradan deyil. Doğru analizlər aparılıb, komanda təmizlənib, hətta maliyyə yükü azalıb və ya 10-nun əvəzinə komandaya daha uyğun 5-i gətirilib. Dörd oyunda “Zirə” qapısında ən az top görən komandadır.

Umumiyyətlə, bu mövsüm baş məşqçilər arasında ciddi rəqabətin olacağı gözlənilir. Müsbət məqam rəqabətdə emosional yanaşmadan, qarşıdurmalardan daha çox yaradıcılığa keçməkdədir. Müasir futbol bunu tələb edir və bu yol davam etdirilməlidir.

Bir neçə il öncə məşqçilər arasında belə bir şans yaranmışdı. 8 komandanın hər birinə yerli baş məşqçilər rəhbərlik edirdi. Müəyyən təcrübəsizlikdən tam istifadə edilmədi, bəzi hallarda işə azərbaycansayağı yanaşıldı. Bu gün də 8 komandaya yerli mütəxəssislər başçılıq edir, sadəcə, komanda sayı 10-a yüksəlib və 2 əcnəbi çalışdırıcı var. Fərq ondadır ki, gəlmələr 3 iddialıdan ikisinə başçılıq edir. Yerlilərdə bu sarıdan geriləmə baş verib və bu, məşqçilər arasında prinsipiallığı, rəqabəti,  geridönüşü artırmalıdır.

Əcnəbilərdən söz düşmüşkən, Adrian Mutu üçün qarşıdakı 5 tur özünü isbatlamaq üçün çox önəmlidir. İlk turlarda itirilməyəcək xallar itirilib və yuxarı pillələrdə qərarlaşan komandalarla oyunlarda geridönüş edilməlidir. Əks halda, məşqçiyə, dolayısı ilə klub ideologiyasına olan inam azalacaq…

Murad Musayev özünü təsdiq etmiş məşqçidir. Belə mütəxəssislərin olması çempionatın ümumi səviyyəsini artırır, rəqabəti yüksəldir. Bununla yanaşı, “Partizan”la səfər matçından sonra baş məşqçinin psixoloji durumu yerində deyil. “Neftçi” ilə görüşdə texniki zonada atdığı addım, ən yaxşı halda uşaq/yeniyetmə futbolçu hərəkəti idi. Belə yersiz aqressiya oyun planına, futbolçulara sirayət edir. Karyerasının ən pik formasını yaxalamiş Amin Seydiyevin intizamsızlığı buna sübutdur. Murad Musayev tez zamanda özünü toparlamasa, növbəti qarşılaşmalarda da “Sabah”ın nəticələrinə öz mənfi təsirini göstərəcək.

Yerli məşqçilər arasında nəticələri və artıq yaş həddi ilə də ağsaqqalıq zirvəsinə ucalan Qurban Qurbanov nümunəsi var. Digər məşqçilərimizin bir-ikisini çıxmaq şərtilə, gəncik yaşını aşıblar. Vaxt yetişib, özlərini yaxşı mənada göstərmək zamanıdır. Və bu, ilk öncə yardıcılıqda, meydanda, taktiki gedişlərdə özünü büruzə verməlidir.

Bu günlərdə “Hünər Qrup”un, “Turan-Tovuz”un sponsor-rəhbəri Ehtiram Quliyevin futbol infrastrukturu, uşaq futbolu ilə bağlı önəmli açıqlamaları oldu. Qeyd olunanlar birmənalı olaraq ölkə futbolunda həyata keçirilməlidir. Buna rəğmən, klub, ölkə futbolu strategiyası anlamında deyilənlər məşqçilərimizi, futbolçularımızı arxayınlaşdırmamalıdır.

Bu şəraitsizlikdə klublarımız əsasən də yerli mütəxəssislərimizin fədakarlığı, bacarığı sayəsində qruplar yolunu qət edib, bu gün də nəticələr davam etməkdədir. Futbolçuların yuxarı-aşağı 10 il karyeraları olur, məşqçilər üçünsə, bu illər perspektiv baxımından 20 ilə bərabərdir.

Son vaxtlar futbolumuzda müsbətə doğru müəyyən çalarlar hiss edilir. Sanki futbol kimlərinsə əlindən qurtulmaq istəyir, rahat nəfəs almağa başlayır. Bunun qarşısını almaq, ara qatmaq, futbolu əldən buraxmamaq cəhdləri çox olacaq. Ötən mövsüm nə qədər əks-həmlələr edilsə də, idman prinsipinin qorunması çempionatda rəqabəti artırdı.

Bu mövsüm Premyer Liqa ilə bərabər l və ll liqalar, əvəzedicilərin yarışı, uşaq futbolu kimi baxılan, kölgədə qalmış, peşəkar yaş həddini keçən U-19 liqası… Nə qədər haqlı narazılıqlar baş versə də, Lənkəran, Qazax kimi futbol şəhərlərimiz müvəqqəti kənarda qalsa da, yeni mərhələyə qədəm qoyulur.

Futbola strateji yanaşılsa, artıq aşağı liqalarda milliyə rəhbərlik etmiş, futbolçu kimi çıxış etmiş tanınmış məşqçilər çalışacaq. Futbolun təşkilatı, səviyyə baxımından Abşerondan çıxması, yenidən bölgələrə daşınması gələcəyə müəyyən ümidlər verir.

Əsas qalmaqallardan, neqativlərdən uzaq olmaq, illərlə süni yaradılmış maneələri aşmaq, futbol mədəniyyətini stadionlara, tribunalara, yaşıl meydanlara aşılamaq, azarkeşlərlə, futbol ictimaiyyəti, media ilə birgə çətin yolun qət edilməsinə nail olmaqdır. Bu işlərdə təşkilatçıların üzərinə böyük məsuliyyət düşür. Ancaq doğru yolun seçildiyi, birlik nümayiş etdirildiyi halda futbol dirçələ bilər.

Bütün obyektiv/subyektiv çətinlikləri göz önünə gətirərək, ən böyük missiyalardan biri, lokomotiv rolunu oynayan, Premyer Liqada çalışan yerli məşqçilərimizin üzərində olacaq. Onların əzmkarlığı, iş qabiliyyəti, yaradıcılığı, əcnəbilərlə rəqabəti, bəhanələrdən uzaq durmaları, şəxsi karyeraları ilə yanaşı, ümumi futbolun dirçəlməsinə, sabahına xidmət edər.

Uğurlar olsun!

TAHİR SÜLEYMANOV

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2023-12-03 03:07

“Real”dan növbəti qələbə

blank
Dünya futbolu2023-12-03 02:43

“Lans” 3, “Nant” tək qolla qalib gəldi

blank
Dünya futbolu2023-12-03 02:16

“Mançester Yunayted” uduzdu, “Arsenal” qalib gəldi

blank
Dünya futbolu2023-12-03 01:52

“Milan”dan inamlı qələbə

blank
Dünya futbolu2023-12-03 01:01

Bundesliqada meydan sahiblərinin günü

blank
Digər idman növləri2023-12-03 00:28

Favoritlər turu qələbə ilə başa vurdular

blank
Digər idman növləri2023-12-03 00:01

“Xarı Bülbül”dən çempionatda ilk qələbə

blank
Dünya futbolu2023-12-02 23:33

İsgəndərlidən 1 qol, 1 məhsuldar ötürmə

blank
Dünya futbolu2023-12-02 23:00

Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2023-12-02 22:33

Tovuzda 4 qol – VİDEO

blank
Ölkə futbolu2023-12-02 22:07

Ayxan Abbasov: “Qələbə də qazana bilərdik” – VİDEO

blank
Dünya futbolu2023-12-02 21:58

AÇ-2024-ün final mərhələsinin püşkü atıldı

blank
Premyer-liqa2023-12-02 21:24

“Günahkar axtarmağa ehtiyac yoxdur” – “Sumqayıt”ın məşqçisi

blank
Premyer-liqa2023-12-02 21:00

“Araz-Naxçıvan”la “Səbail”in heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-02 20:28

Tovuzda məhsuldar heç-heçə

blank
Premyer-liqa2023-12-02 20:00

“Rahat 6-7 qol epizodumuz oldu ki, yararlana bilmədik”

blank
Premyer-liqa2023-12-02 19:29

“Komanda sanki bataqlığa batdı, çıxa bilmədi” – Diniyev

blank
Digər idman növləri2023-12-02 18:52

Azərbaycan güləşçiləri Bakıdakı DÇ-ni 21 medalla başa vurdular

blank
Digər idman növləri2023-12-02 18:35

“Qarabağ”dan inamlı qələbə

blank
Dünya futbolu2023-12-02 18:26

Avrokubok oyununda polislərlə qarşıdurmada iştirak edən 46 azarkeş saxlanıldı

blank
Digər idman növləri2023-12-02 18:00

Formula 1-də nadir hadisə

blank
Premyer-liqa2023-12-02 17:58

“Araz-Naxçıvan”la “Səbail”dən heç-heçə

blank
Digər idman növləri2023-12-02 17:45

Dünya çempionları Fişer şahmatında qüvvələrini sınayacaq

blank
Milli komanda2023-12-02 17:30

Rövnəq Abdullayevdən qadın futbolçulardan ibarət Azərbaycan millisinə təbrik

blank
Digər idman növləri2023-12-02 17:09

Sabiq pilot bobsleydə debüt etdi

blank
Digər idman növləri2023-12-02 16:51

O`Sallivandan tarixi nəticə

blank
Digər idman növləri2023-12-02 16:34

Olimpiada üçün buraxılan medallar Ukrayna bayrağına bənzərliyinə görə qadağan edilə bilər

blank
Dünya futbolu2023-12-02 16:19

“Bayern”in oyunu təxirə salındı

blank
Digər idman növləri2023-12-02 16:05

Rusiya və Belarus idmançılarına qadağa

blank
Digər idman növləri2023-12-02 15:48

Dürant MBA tarixində 10-cu pilləyə yüksəldi

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

Facebook

Gündəm