Dünya futbolu
“Sent-Etyenn” Vadjini satmaq istəyir
“Sent-Etyenn” mövsümün əvvəlində “Qarabağ”dan 1,6 milyon avro qarşılığında transfer etdiyi İbrahima Vadji ilə vidalaşa bilər. Seneqallı forvardın çıxışı II liqa təmsilçisinə onun satışından gəlir əldə etmək ümidi verib.
Fransa klubu rəhbərliyi hesab edir ki, son 5 oyunda 3 qol vuran Vadji məhsuldarlığını davam etdirəcəyi halda, yayda onun satışından gəlir qazanmaq mümkün olacaq. Fransızlar indidən hücum xəttinə axtarışlara başlayıb. Klub Vadjinin gedişi ilə yaranacaq boşluğu doldurmaq üçün variantlara baxır.
Qeyd edək ki, Vadji bu mövsüm “Sent-Etyenn”in heyətində Liqa 2-də 6 qola imza atıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı