Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, sğzügedən komanda 5-ci tur çərçivəsində səfərdə “Polis Tero” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Start heyətdə meydana daxil olan Şeydayev 82-ci dəqiqədə əvəzlənib. 27 yaşlı hücumçu komandasının ikinci qolunun vurulmasında məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

“Buriram Yunayted” hazırda 13 xalla 1-ci pillədə qərarlaşıb.

Shares: