Ölkə futbolu
Şeydayevin başqa müştəriləri də var imiş
Taylandın “Buriram Yunayted” klubu ilə ilkin müqavilə bağlayan Ramil Şeydayevin dəqiq qazancı bəllidir. Millimizin hücumçusu yeni iş yerində 2 il ərzində 1,5 milyon avro əldə edəcək.
Futbolinfo.az xəbər verir ki, forvard Rusiya və İsrail klublarından da cəlbedici təklif alıbmış. Amma nə “Rostov”, nə də digərləri asiyalıların təklif etdiyi məbləği kölgədə qoya bilməyib. “Qarabağ” da Ramilə ən yaxşı halda illik 400 min avro verəcəyini bildirib. Şeydayev isə daha çox pul qazanacağı klubu seçib.
Əldə etdiyimiz məlumata görə, Emin Mahmudovun da oxşar təklifi var. Amma onun hara üz tutacağını hələlik dəqiqləşdirə bilməmişik.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…