Dünya futbolu
Simeone: “Felikslə heç bir problemim yoxdur”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Joao Feliksə sahib çıxıb. O, portuqaliyalı yarımmüdafiəçinin komandada qalacağını bildirib.
Futbolinfo.az xəbər verir ki, məhz argentinalı mütəxəssislə anlaşmaması üzündən qışda “Çelsi”yə icarəyə verilən Feliks Madridə qayıdıb. “Atletiko” ilə müqaviləsi olan oyunçu Londonda qalmaq istəsə də, yeni baş məşqçi Mauritsio Poçettino Feliksin birdəfəlik transferini istəməyib.
Simeone keçirdiyi mətbuat konfransında bu barədə danışıb: “Joao bizim oyunçumuzdur. Poçettino onu istəmədisə, deməli, komandamızın bir parçası kimi bizimlə olacaq. Onunla yenidən işləyə bilərəm. Futbolçu ilə heç bir problemim yoxdur”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”