Dünya futbolu
Simeone hamıdan çox qazanır

Dünyanın ən yüksək maaşlı baş məşqçilərinin siyahısı açıqlanıb. “Atletiko”ya rəhbərlik edən Dieqo Simeone yenə də liderdir. Yayda madridlilərə maaşda endirim etməyi qəbul edən argentinalı hələlik 1-ci sıradadır.
İllik 34 milyon avro maaş alan Simeoneni “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola izləyir – 22 milyon avro. Sonrakı yerlər belə sıralanır:
3. Yürgen Klopp (Liverpul) – 18 milyon avro
4. Qrem Potter (Çelsi) – 13,5 milyon avro
5. Massimiliano Alleqri (Yuventus) – 12,8 milyon avro
6. Tomas Tuhel (Bayern) – 12 milyon avro
7. Karlo Ançelotti (Real) – 11 milyon avro
8. Simone İnzaqi (İnter) – 10 milyon avro
9. Joze Mourinyo (Roma) – 9 milyon avro
10. Xabi Alonso (Bayer) – 5 milyon avro
Maraqlıdır ki, “Barselona”nı baş məşqçisi Xavi Ernandes 3,8 milyon avro maaş ilə ilk “onluq”da deyil.
