Dünya futbolu
Skaloni: “Çempion olmağa məcbur deyilik”
Argentina millisinin baş məşqçisi Lionel Skaloni bu gün mətbuat konfransı keçirib. O, DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Səudiyyə Ərəbistanına qarşı oyunöncəsi fikirlərini bildirib.
Maraqlıdı ki, o, komandasının dünya çempionu olmaq məcburiyyətində olmadığını söyləyib: “Ərəb komandalarının zəif olduğunu deyə bilmərəm. Argentina dünya çemionatının kubokunu mütləq qazanmalıdır? Xeyr, biz kuboku qazanmaq məcburiyyətində deyilik. Sadəcə, bunun üçün yarışırıq. Ümid edirik ki, argentinalılar və hər kəs ilk növbədə futbol oynayan komandanı görməkdən xoşbəxt olacaq”.
Sabah keçiriləcək Argentina – Səudiyyə Ərəbistanı görüşü Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.