Bizi izləyin

Müsahibə

Slavço Georgievski: “Neftçi” ikinci doğma evim, Azərbaycan ikinci vətənimdir”

blank

Bu gün “Neftçi”nin veteran futbolçusu Slavço Georgievskinin 40 yaşı tamam olur.

Futbolinfo.az xəbər verir ki, 1980-ci ildə dünyaya gəlmiş yarımmüdafiəçi 2010-2012-ci illər ərzində “Neftçi”də çıxış edib və 2 dəfə (2011, 2012) Azərbaycan çempionatının qalibi olub. O, Şimali Makedoniya milli komandasının heyətində 20 oyun keçirib.

Klubun rəsmi saytı “Neftçi” ailəsi adından veteran futbolçunu təbrik edib:

  • Slavço, 40 yaşınız mübarək!
  • Təşəkkür edirəm! Çox şadam ki, xatırlayırsız, bu məni çox təsirləndirdi.
  • Koronavirusla bağlı hazırkı vəziyyəti nəzərə alsaq, görünür yubileyinizi karantin şərtləri altında qeyd etməli olacaqsız.
  • Haqlısız, ad günümü evdə, karantin şərtləri altında keçirəcəm. Tədbirdə yalnız ailə üzvlərim iştirak edəcəklər. Amma qəlbimdə “Neftçi” və onun azarkeşləri ilə olacağam. Çünki onlar heç vaxt ad günümü yaddan çıxarmırlar. Bu mənim üçün çox şey deməkdir. Həmişə hamıya deyirəm ki, “Neftçi” ikinci doğma evim, Azərbaycan ikinci vətənimdir.
  • “Neftçi”yə keçidinizi necə xatırlayıb, dəyərləndirirsiz? Flaqmanın heyətində karyeranızın belə uğurlu alınacağını gözləyirdiniz?
  • 2010-cu ildə Azərbaycan və Şimali Makedoniya milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan (1:3) sonra “Neftçi” mənimlə maraqlandı. Menecer Azərbaycan və “Neftçi” haqda çox yaxşı şeylər danışdı. Mən özüm də “Neftçi”nin böyük tarixə malik komanda olduğunu və keçmiş Yuqoslaviyadan orada bir çox futbolçunun çıxış etdiyini eşitmişdim. Mənə Bakının gözəlliyi haqda çox danışmışdılar, amma öz gözlərimlə görəndə heyrətdən ağzım açıq qaldı. Bakı necə də gözəl idi! Paytaxtınıza gələndən sonra klub rəhbərliyi ilə görüşüb, müqaviləyə qol çəkdim. Ən qısa zamanda anladım ki, “Neftçi”nin formasını geyinmək çətin və məsuliyyətlidir. Çünki Azərbaycanın ən məşhur klubu həmişə qələbəyə və çempionluğa oynamalıdır və futbolçu psixoloji olaraq buna hazır olmalıdır. “Neftçi”də bütün mümkün titullara sahib çıxmaq istəyirdim və buna hazır idim. Ardıcıl iki il çempionluq sevincini yaşamağı və şükür Allaha ki, azarkeşlərin sevimlisi olmağı bacardım. Axı azarkeşsiz futbol, havasız və ya susuz həyat kimidir.
  • Maraqlıdır, “Neftçi”dəki karyeranızdan ən çox nəyi xatırlayırsız?
  • Yaxşı komandamız vardı. Qapıçıdan tutmuş hücumçuyadək bütün mövqelər yaxşı komplektləşmişdi. Hətta ehtiyat oyunçular skamyamız da güclü idi. Saşa Stamenkoviç, İqor Mitreski, Alessandro Viana Da Silva, Cavid İmamverdiyev, Rəşad Abdullayev, Flavinyo, Bahodir Nasimov, Emil Mpenza və başqaları. Hamısı səviyyəli futbolçular idi. Əbəs yerə demirlər ki, çempionluğu müdafiə, oyunu isə hücum xətti qazanır. Əlbəttə, ən yaxşı oyunçularımız isə azarkeşlərimiz idi. “Xəzər Lənkəran”la Lənkəranda və Bakıda bir neçə oyunu xatırlayıram, azarkeşlərimizdən bizə möhtəşəm dəstək var idi. Belə dəstəyi hər bir futbolçu arzulayır. Azarkeşlərimiz Tovuza və Gəncəyə də gəlirdilər, qarlı, yağışlı havada – həmişə yanımızda olurdular. Futbolda bəzən qalib gəlirsən, bəzən məğlub olursan. Amma əsas odur ki, həmin iki il ərzində qələbəmiz daha çox oldu. Rəqiblərimiz zəif deyildilər, amma bizim komanda daha güclü və səviyyəli idi. Yaxşı oyun üslubumuz vardı. Futbolçular, məşqçilər və rəhbərlik arasında münasibət yaxşı idi. Bütün qələbələrimizi azarkeşlərimizə həsr edirdik. Çempionluğu qazanmaq asan deyil, amma onu qorumaq daha da çətindir. Bunu hər komanda bacarmır. Şükür Allaha ki, mən bunu bacaran komandanın üzvü olmuşam. Təbii ki, neqativ hallar da olub. İkinci çempionluqdan sonra mən də daxil olmaqla, həyatını “Neftçi”yə qurban verməyə hazır olan futbolçulardan bir neçəsi ilə müqavilə uzadılmadı. Bu məsələ hələ də mənə əzab verir. “Neftçi”ni tərk edəndə dedim ki, Allah qoysa, bir gün baş məşqçi kimi bura qayıdıb, futbolçu kimi qazana bilmədiklərimi qazanacam.
  • Karyeranızı başa vurandan sonra nə işlə məşğul olmusuz?
  • Futbolçu karyeramı bitirəndən sonra vətənim Şimali Makedoniyaya qayıtmışam və demək olar, dərhal da məşqçilik kateqoriyasını oxumaq üçün müraciət etmişəm. B və A kateqoriyalarına sahib çıxmışam. Hazırda PRO kateqoriyası üçün təhsil alıram. Son 5 ildə Şimali Makedoniyanın “Rabotniçki” klubunun 13, 14, 15 və 16 yaşlı futbolçulardan ibarət komandalarında çalışmışam. Üç dəfə əsas komandada baş məşqçinin köməkçisi olmuşam. PRO kateqoriyası üçün təhsil almağa başlayandan sonra qaydalara zidd olduğu üçün bu vəzifədə çalışmaqdan imtina etmişəm. Hədəfim baş məşqçi olmaqdır.
  • “Neftçi” dönəmindəki futbolçulardan kiminləsə əlaqə saxlaya bilirsiz?
  • Təəssüf ki, qrafikim çox sıxdır. Məşqçi işləyəndə bəzən gündə iki dəfə məşq olurdu. Üstəlik, 3 qızım var (gülür). Demək olar ki, bütün boş vaxtlarımı onlara həsr edirəm. Bununla belə, keçmiş komanda yoldaşlarımdan bəziləri ilə ünsiyyət qurmağa cəhd etmişəm. Onların arasında Rail Məlikov və Ruslan Əmircanov da var idi. Arif Əsədovla da əlaqə saxlamağa çalışıram. Çünki o mənim üçün yaxşı insan və yaxşı məşqçi olaraq qalır.
  • Sıx qrafiki nəzərə alsaq, “Neftçi”nin oyunlarına baxmağa vaxt qalırmı? Əgər baxırsınızsa, hazırkı heyətdən kimi fərqləndirərdiniz? “Neftçi”nin çempion olacağına inanırsız?
  • “Neftçi”nin oyunlarını maksimum izləməyə çalışıram. Legionerlərdən “İnter”də birlikdə oynadığım Stankoviçi fərqləndirərdim. Dabo ilə Monrozun da oyunu xoşuma gəlir. Yerlilərdən isə son vaxtlar Namik Ələskərov, Emin Mahmudov, Mirabdulla Abbasov və Ömər Buludov özlərini yaxşı göstərirlər. Rəhman Hacıyevi də qeyd edərdim. O, karyerasına mən oynayan vaxtlarda başlamışdı. Perspektiv vəd edən çox yaxşı komandadır. Əlbəttə, “Neftçi”nin çempion olacağına inanır və ümid edirəm. Çempionluq şansı 1 faiz olsa belə, buna həmişə inanıb, ümid edəcəm. Çünki “Neftçi” mənim ürəyimdir. Necə deyərlər, bir dəfə “Neftçi”li oldunsa, həmişə “Neftçi”li olacaqsan. Sonadək mübarizə aparmaq və inanmaq lazımdır. Təki bu onlarda alınsın və çempionluğu birlikdə bayram edək – siz orada Azərbaycanda, mən isə burada Şimali Makedoniyada.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-18 01:58

ÇL: “Real” və “Bayern” yarımfinalda!

blank
Dünya futbolu2024-04-17 22:29

40 yaşında karyerasını bitirir

blank
Digər idman növləri2024-04-17 21:46

“Neftçi” finalda “Xəzri”yə rəqib oldu

blank
Digər idman növləri2024-04-17 21:06

Baxşıyev “Xəzri”yə məğlubiyyəti şərh etdi

blank
Digər idman növləri2024-04-17 20:48

“Azərreyl” finalda

blank
Digər idman növləri2024-04-17 20:19

Ağcabədidə məktəblilər yarışdı

blank
Dünya futbolu2024-04-17 20:00

Dele Allinin mundial arzusu

blank
Digər idman növləri2024-04-17 19:38

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-17 19:19

Boksçularımız Avropa çempionatında mübarizə aparacaq

blank
Dünya futbolu2024-04-17 19:00

Haller Dortmunddan ayrılacaq

blank
Digər idman növləri2024-04-17 18:41

Kubokun ilk finalçısı bəlli oldu

blank
Digər idman növləri2024-04-17 18:22

Güləş yığmalarımız Avropa çempionatına hazırlaşırlar

blank
Digər idman növləri2024-04-17 18:03

İlk finalçı müəyyənləşdi

blank
I Liqa2024-04-17 17:49

“Mingəçevir” uduzdu, “Şamaxı” qalib gəldi

blank
I Liqa2024-04-17 17:34

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi

blank
Ölkə futbolu2024-04-17 17:17

Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”

blank
Dünya futbolu2024-04-17 16:59

Romario 58 yaşında karyerasını bərpa etdi

blank
Dünya futbolu2024-04-17 16:41

Daha bir özbək İtaliyaya köçür

blank
Dünya futbolu2024-04-17 16:22

“Atletiko” antirekordunu təkrarladı

blank
Müsahibə2024-04-17 16:07

Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”

blank
Premyer-liqa2024-04-17 15:50

“Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışda!

blank
Digər idman növləri2024-04-17 15:33

Azərbaycanlı bilyardçı Avropa çempionu oldu

blank
Digər idman növləri2024-04-17 15:15

MHL-də pley-offun son cütlükləri də məlum oldu

blank
Digər idman növləri2024-04-17 14:57

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək

blank
Ölkə futbolu2024-04-17 14:39

Yüksək Liqada 19-cu turun hakim təyinatları

blank
Dünya futbolu2024-04-17 14:24

“Milan”da yeni müqavilə

blank
Premyer-liqa2024-04-17 14:07

Premyer Liqanın 31-ci turu rəqəmlərin gözü ilə

blank
Digər idman növləri2024-04-17 13:52

“Neftçi” ilə oyun bizim üçün həlledicidir”

blank
Dünya futbolu2024-04-17 13:37

“Barselona”nın futbolçuları tarixə düşdülər

blank
I Liqa2024-04-17 13:20

I Liqada 22-ci turun hakimləri bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm