Premyer-liqa
Son 14 mövsümdə ilk dəfə

Misli Premyer Liqasının lideri “Sabah” startdakı hər iki oyunda 3 qol vurmağı bacarıb.
Futbolinfo.az xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda öncə “Sumqayıt”ı 3:0, ardınca “Zirə”ni 3:1 hesabı ilə məğlub edib.
Bir klubun ilk iki matçında 3 və ya daha çox qol vurmasına son 14 mövsümdə birinci dəfə təsadüf olunub. Startda belə məhsuldar qarşılaşmalar keçirən sonuncu komanda “Qəbələ” idi. “Qırmızı-qaralar” 2008/09 mövsümünün ilk iki görüşündə ən azı üç qola imza atıb.
Qeyd edək ki, ölkə çempionatları tarixində 11-ci dəfə belə hadisə yaşanıb.

- Ölkə futbolu2023-11-28 09:50
Gəncə stadionu yenidən qurulur – FOTOLAR
- Müsahibə2023-11-28 08:00
Yunis Hüseynov: “Orada bəziləri “Neftçi”ni fikirləşmirlər”
- Müsahibə2023-11-29 08:00
Nildo Azərbaycana qayıtmaq istəyir: “Xəzər Lənkəran”ın dağılması böyük itkidir”
- Ölkə futbolu2023-11-29 10:50
Qurban Qurbanov “Molde” ilə oyundan danışdı