Dünya futbolu
Son 40 ilin ən uzun seriyası
“Mançester Yunayted” son 40 ilin kuboksuz ən uzun dönəminə son verdi. İngiltərə Liqa Kubokunun finalında “Nyukasl”ı 2:0 hesabı ilə məğlub edən “qırmızı şeytanlar”, yeni baş məşqçisi Erik ten Haqla ilk tituluna qovuşdu.
Futbolinfo.az xəbər verir ki, mankunianlar son kubokunu 2017-ci ildə qazanmışdı. Joze Mourinyonun başçılığı altında Avropa Liqasının qalibi olan İngiltərə klubu 5 il 278 gün idi ki, titula həsrət qalmışdı.
“Mançester Yunayted”in buna qədər ən uzun kuboksuz seriyası 1977-də Liqa Kubokunu qazandıqdan sonra reallaşmışdı. 1983-cü ildə – 6 il 5 gündən sonra “qırmızı şeytanlar” bu titula yenidən sahib çıxmışdı.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi