Premyer-liqa
Son 5 mövsümün rekordu

Misli Premyer Liqasının XIV turunun “Sabah” – “Qarabağ” oyununu 10000 tamaşaçı izləyib.
Futbolinfo.az xəbər verir ki, bu, mövsümün yeni rekordudur. “Bank Respublika Arena”dakı görüşə qədər rekord III turdan təxirə salınan və noyabrın 9-da keçirilən “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Tovuzdakı matçda 5800 seyrçi qeydə alınmışdı.
Qolsuz heç-heçə ilə başa çatan “Sabah” – “Qarabağ” qarşılaşmasındakı tamaşaçı sayı təkcə cari deyil, həm də son 5 mövsümün rekordudur. Daha çox izləyiciyə sonuncu dəfə 2017/18 mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də “Kəpəz” – “Qarabağ” oyununda 13300 seyrçi qeydə alınıb. Gəncədəki matçdan sonra bu ədəd heç vaxt beşrəqəmli olmayıb.
Ümumilikdə turun görüşlərini 15500 nəfər seyr edib. Bu da mövsümün yeni rekordudur. Bunadək rekord 14800 tamaşaçının izlədiyi III tura məxsus idi.

Reklam
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-02 13:10
“Zirə” nigeriyalı futbolçu ilə razılığa gəldi
- Müsahibə2023-02-02 15:11
Təmkin xaricdən dəvət gözləyir: o, formada qalmaq üçün futzal klubunu seçib