Bizi izləyin

Ölkə futbolu

Son dəqiqə qolunun ruhlandırdığı rəqiblə revanş

blank
blank

Qəribə vəziyyətlə üzləşmişik. 3 həftə əvvəl Kiprdə “Aris”lə oyunda faciəvi futbol oynayan “Neftçi”nin gələcək perspektivinə şübhə ilə yanaşırdıqsa, indi komandadan Avstriya nəhəngi “Rapid”i keçməyi tələb edirik. Hətta Bakıda “Aris” səddini adladıqdan sonra belə komandanın minimum vəzifəsini yerinə yetirdiyini, növbəti mərhələdə rəqibin adını nəzərə alıb belə desək, dilxoşluğa oynayacağını düşünürdük.

Hətta oyundan əvvəl ən nikbin azarkeşdən ən bədbin fanata qədər bu görüşdə komandanın 2:1 hesabı ilə qələbə qazanacağını söyləsəydilər, sevincimizin həddi-hüdudu olmazdı. Amma nə baş verdisə, “ağ-qaralar”ın vyanalıları Bakıda 2:1 hesabı ilə məğlub etdiyinə görə üzüldük. Son dəqiqələrdə “Neftçi”nin qapısında gördüyü qol bütün əhval-ruhiyyəmizi korladı.

Bir sözlə, 3 həftə ərzində “Neftçi” əvvəlcə pərişanlığı əks etdirən “qırmızı”, daha sonra həyat eşqini formalaşdıran “yaşıl”, bu dəfə isə “sarılığımızı udduğumuz” “sarı” rəngə boyandı. Bəli, işıqfor kimi rəng verib rəng alan “Neftçi”nin Vyanada işıqları tam sönə də, komanda mayak kimi parıldaya da bilər.

Bu komandadan nə gözləyəcəyimizi hələ də anlaya bilmirik. Amma görünən bir şey var: komanda inkişafdadır. Doğrudur, müdafiə planında nöqsanlar yetərincədir. Komandanın bəzi oyunçularının səviyyəsi hələ də aşağıdır. Əslində burada “hələ” sözü bir qədər yersiz çıxdı. Çünki bundan sonra bu futbolçulardan yüksək səviyyə gözləməyə dəyməz. Sadəcə, minimum səhvlərlə irəli getməyə ümid edirik. Hər halda, ötən həftə “Bakcell Arena”da izlədiyimiz oyunda bir şeyə əmin olduq ki, bu “Rapid”lə oynamaq, hətta onları mübarizədən kənarlaşdırmaq mümkündür.

Desək ki, “Rapid”in yalnız adı qalıb, “Neftçi”nin futbolçularının çəkdiyi əziyyətə kölgə salarıq. Amma Vyana klubunun da mükəmməl komanda olmadığını qəbul etməliyik. Əslində, oyundan əvvəlki “Rapid”ə həsr etdiyimiz yazıda komandanın yetərincə problemlərinin olduğunu qeyd etmişdik. Oyun yanılmadığımızı göstərdi. Amma məsələnin digər tərəfi də var. “Neftçi” Vyanada daha böyük çətinliklə üzləşəcək. Laurentsiu Regekampfın komandası qapısında görəcəyi bir qolla yenə “rəng verib, rəng ala bilər”.

Çılğın vyanalı azarkeşlər qarşısında hesabda geri olduqdan sonra toparlanmaq o qədər də asan məsələ olmayacaq. Ona görə də rumıniyalı mütəxəssis hər şeydən öncə rəqibin “vuracağı qolu kəsməlidir”. Bunun üçün nə etmək lazımdır? Necə hücum quraq?

“Qarabağ”ın “Ferentsvaroş”la oyunda hansı heyətlə meydana çıxacağı sualı ətrafında düşünməyə ehtiyac var idisə, Regekampfın “Rapid”lə görüşdə kimlərə güvənəcəyi haqda baş sındırmağa dəyməz. Bu mənada “Neftçi”nin heyəti “Qarabağ” qədər geniş deyil. Rege Bakıda kimlərə güvənmişdisə, elə o heyətə də şans verəcək. Sadəcə, bu oyunçular Bakıda etdiyi səhvləri təkrarlamamağa çalışmalıdır. Əslində, dildə demək asandır. Hər nə qədər də, bütün fövqəlqüvvələri köməyə çağırsaq da, heç nə Azər Salahlının və ya Mbodjun bu dəfə səhv etməyəcəyinə görə bizə zəmanət verə bilməz. Yenə də bu iki futbolçu ya yanlış mövqe seçimi ilə yadda qalacaq, ya da ötürmədə səhv edəcək. Əminliklə deyə bilərik ki, bundan qaça bilməyəcəyik. Amma məğlubiyyətdən qaça bilmək üçün “rıçaq”larımız mövcuddur.

“Neftçi”nin yeni transferləri Kenni Saifi ilə Ataa Cabeer əsl göydəndüşmə hədiyyədir. “Rapid” səddini adlayacağıqsa, bu, əsasən adıçəkilən iki oyunçunun xüsusi zəhməti sayəsində mümkün olacaq. Çünki Bakıdakı oyun göstərdi ki, avstriyalı yarımmüdafiəçi və müdafiəçilər onların sürətli reydlərinin qarşısını almaqda çətinlik çəkir. Təbii ki, Vyanada onlara qarşı xüsusi tədbirlər görməyə çalışacaqlar. Onların bunu nə dərəcədə bacaracağını söyləyə bilməsək də, o dəqiqdir ki, “ağ-yaşıllar” uzun müddət qol vura bilməsələr, bu iki futbolçu yaddan çıxacaq. Belədə əks-hücum üçün ələ yaxşı imkanlar düşəcək. “Neftçi”nin bu mənada “Qarabağ”dan fərqi ondadır ki, Regekampf Qurbanov kimi çox topu saxlamağa həvəsli deyil. “Rapid”i zərərsizləşdirmək üçün “topu saxlamaq” taktikası o qədər də uğurlu resept deyil. Rəqib sərt oyanamağı bacardığından belə məqamda “Neftçi”nin hücumlarının qarşısını alacaq. Bu mənada Regekampf məhz sürətli reydlərlə Ferdinand Feldhoferin komandasını şoka sala bilər.

Ümimiyyətlə, “Neftçi”nin irəlidə qərarlaşan 6 oyunçusunu qarışdırılan domino daşlarına bənzətmək olar. 90 dəqiqə boyunca bu 6 futbolçu tam olaraq yerlərini dəyişdirməsə də, həmahənglik planında rəqibin oyunçularını qaynadır. Məsələn, top sol cinahda Lavalda olarkən rəqibin oyunçuları onun cinahına meyllənirsə, o məqamda Emin Mahmudova və ya Eddi İsrafilova ötürülən top onların arxa xəttinin balansını pozur. Nəzərə alaq ki, Qodsvey Donyo da doğru olan yerə açılmaqla hər şeyi sözün yaxşı mənasında alt-üst edir. “Rapid”in futbolçuları Bakıda bu problemi çözməyə çalışınca, işləri çətinə düşdü. Vyanada da komanda bunu etməyi bacarsa, mərhələ adlamaq şansı yüksələcək.

Buna baxmayaraq, “Rapid”in hücumlarını zərərsizləşdirmək üçün “Neftçi”nin futbolçuları da çox işləməlidir. Xüsusən də uzaqdan zərbələrə diqqət yetirmək lazımdır. Bu mənada Marko Qrülldən ehtiyat etmək lazımdır. Regekampf Bakıda onun qarşısını almaq üçün tədbirlər görmüşdü. Bu işin davamını Avstriyada da gətirməliyik. Daha sonra Bernhard Tsimmerman və Anti Bayiçin cinah reydlərinin qarşısını almaq lazımdır. Azər Salahlının üstünə yük düşməməsi üçün Yusuf Laval və Ata Cabeer xüsusi fəallığı ilə seçilməlidir. Çünki bu cinahdan Quido Burqştallerin topla təmin olunması “ölüm hökmü” kimi bir şeydir.

“Neftçi”nin mərkəz müdafiəçiləri Solomon Kvirkveliya ilə Voislav Stankoviçin boy amilini nəzərə alan avstriyalılar Bakıdakı oyunda çox da asmalardan istifadə etmədi. Amma yerlə ötürmələrinin təhlükəli olduğunu gördük. Elə ani diqqətsizlik nəticəsində qapımızda da qolu gördük. Bu yöndə problemləri həll etməklə “Rapid”in planlarını pozmaq mümkündür.

Rəqəmlər və faktlar…

• “Rapid”in son illərdə avrokuboklarda səfər sindromu formalaşıb. Komanda rəqib meydanlarda keçirdiyi son 23 oyunun 16-da uduzub (6 qələbə, 1 heç-heçə). Evdə isə etibarlı görünür: son 10 matçda 6 dəfə qalib gəlib, 2 heç-heçə edib və cəmi 2 dəfə uduzub. “Rapid” avrokuboklarda son 11 görüşün 5-də qol vurmayıb.

ABBAS

Reklam
blank
Ölkə futbolu2022-10-01 09:04

“Səbail”in dəyişiklik məcburiyyəti

blank
Premyer-liqa2022-10-01 09:00

“Qarabağ” “Neftçi”yə qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2022-10-01 01:16

“Atletik” darmadağınla qalib gəldi

blank
Dünya futbolu2022-10-01 01:01

Marsel “Olimpik”indən darmadağın

blank
Dünya futbolu2022-10-01 00:38

“Bayern”dən 4 cavabsız qol

blank
Dünya futbolu2022-10-01 00:21

Ozan Canlı “Eyndhoven”dən heç-heçə

blank
Dünya futbolu2022-09-30 23:37

Nazarovdan qol, komandasından ilk qələbə

blank
Dünya futbolu2022-09-30 22:58

“Qarabağ”ın rəqibində Marselo və Xames Rodriqes şoku

blank
Premyer-liqa2022-09-30 22:22

“Oyunun sonunda qol buraxmaq üzücüdür” – Mahmud Qurbanov

blank
Premyer-liqa2022-09-30 22:10

“Qəbələ”dən “Səbail” üzərində qələbə – VİDEO

blank
Premyer-liqa2022-09-30 21:42

“Hesab bizi önə çıxmağa məcbur edirdi” – Elmar Baxşıyev

blank
Ölkə futbolu2022-09-30 21:36

Hakimi söyən futbolçuya 4 oyunluq cəza

blank
Premyer-liqa2022-09-30 20:52

“Səbail” “Qəbələ”yə məğlub oldu

blank
Digər idman növləri2022-09-30 20:25

Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, medalı təmin etdi

blank
Ölkə futbolu2022-09-30 19:18

PFL-dən yeni tərəfdaşlıq müqaviləsi

blank
I Divizion2022-09-30 18:55

I Divizionda VI turun oyun cədvəli açıqlandı

blank
Digər idman növləri2022-09-30 18:00

Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı oldu

blank
Dünya futbolu2022-09-30 17:37

Premyer Liqa klubu 18 yaşlı hücumçu transfer etdi

blank
Digər idman növləri2022-09-30 17:10

Azərbaycan millisi Avropa üçüncüsü oldu

blank
Digər idman növləri2022-09-30 16:53

Azərbaycan yığmasının Avropa Kuboku üçün heyəti açıqlandı

blank
Dünya futbolu2022-09-30 16:36

Premyer Liqada sentyabr ayının ən yaxşıları açıqlandı

blank
Milli komanda2022-09-30 16:01

Millimizin hücumçusu Türkiyə klubundan ayrıldı

blank
Dünya futbolu2022-09-30 15:42

Şota Arveladze istefaya göndərildi

blank
Ölkə futbolu2022-09-30 15:17

UEFA-dan “Neftçi” üçün ödəniş

blank
Ölkə futbolu2022-09-30 15:05

“Qaçmağa başlasam, vəziyyətin necə olduğunu biləcəm” – Ürfan Abbasov

blank
Dünya futbolu2022-09-30 14:44

“Real”ın futbolçusu karyerasını bitirməyə hazırlaşır

blank
Ölkə futbolu2022-09-30 14:16

“Qəbələ” ilə matça ciddi yanaşırıq” – Xorvatiyalı məşqçi

blank
Dünya futbolu2022-09-30 13:50

Premyer Liqanın daha bir klubu amerikalı iş adamına satılır

blank
Dünya futbolu2022-09-30 13:14

“Qalatasaray” Arda üçün vida mərasimi keçirəcək

blank
Digər idman növləri2022-09-30 12:57

AÇ: Azərbaycanın 3 boksçusu 1/4 finalda

blank
Premyer-liqa2022-09-30 22:10

“Qəbələ”dən “Səbail” üzərində qələbə – VİDEO

blank
Dünya futbolu2022-09-28 13:24

“Turan Tovuz”un legioneri millini meydana kapitan kimi çıxardı – VİDEO

blank
Milli komanda2022-09-26 09:29

Yığmamızdan Qazaxıstana 3 cavabsız qol – VİDEO

blank
Milli komanda2022-09-23 10:01

Millimiz Slovakiyada belə qələbə qazandı – VİDEO

blank
Ölkə futbolu2022-09-22 18:33

UEFA “Qarabağ”ın legionerinin vurduğu qolu fərqləndirdi – VİDEO

blank
Ölkə futbolu2022-09-22 12:45

BÖLFƏ FUTBOLU: Mingəçevir stadionunda oturacaqlar yenilənir

blank
Milli komanda2022-09-21 00:30

Qazaxıstan – Azərbaycan matçında 11 qol – VİDEO

blank
Ölkə futbolu2022-09-20 09:21

“Səhvlərdən nəticə çıxardacağıq” – VİDEO

blank
Premyer-liqa2022-09-18 23:35

“Zirə” – “Qarabağ” matçında 8 qol – VİDEO

blank
Premyer-liqa2022-09-18 21:27

“Kəpəz”dən əzmkar qələbə – VİDEO

blank
Premyer-liqa2022-09-18 21:12

“Rauf Əliyevin “Kəpəz”də qalması mümkünsüzdür” – VİDEO

blank
Premyer-liqa2022-09-18 21:02

“Fasilədən səmərəli istifadə etməyə çalışacağıq” – VİDEO

blank
Ölkə futbolu2022-09-18 20:52

Tərlan Əhmədov: “Komanda hələ istədiyim səviyyədə deyil” – VİDEO

blank
Premyer-liqa2022-09-17 21:36

“Qəbələ” “Sumqayıt”ı belə məğlub etdi – VİDEO

blank
Ölkə futbolu2022-09-17 14:44

“Sabah” – “Turan Tovuz” matçında şəhidlərimiz belə anıldı – VİDEO

blank
Premyer-liqa2022-09-16 23:59

“Səbail” “Neftçi” ilə bacarmadı – VİDEO

blank
Premyer-liqa2022-09-16 21:34

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Ölkə futbolu2022-09-16 20:14

“Neftçi”nin zədəli futbolçularından son xəbər – VİDEO

blank
Ölkə futbolu2022-09-16 11:31

“İdman və Media”da gündəm müzakirəsi – VİDEO

blank
Ölkə futbolu2022-09-16 11:27

BÖLGƏ FUTBOLU: Yevlaxlılar sponsor axtarır – VİDEO

blank
Milli komanda2022-09-15 15:21

“Toplanış və oyunlar təcrübə qazanmaq baxımından əla şansdır”

blank
Ölkə futbolu2022-09-15 13:22

“Nant”ın Bakı gəzintisi və mərkəzi arenada son məşqi – VİDEO

blank
Milli komanda2022-09-14 19:15

Millimizin üzvü Qazaxıstanla matça hazırlığı dəyərləndirdi – VİDEO

blank
Digər2022-09-13 18:00

MOK-un yubileyi: yeni layihəyə start verildi – VİDEO

blank
Ölkə futbolu2022-09-13 13:28

Yeni mövsümün püşkü atıldı

blank
Ölkə futbolu2022-09-12 21:43

Qazananların real hekayələri – Bütün Zaqatala onun sevincinə şərik oldu – VİDEO

blank
Ölkə futbolu2022-09-12 14:22

“Bir əsgərin “Turan” arzusu” – VİDEO

blank
Premyer-liqa2022-09-11 23:48

“Qarabağ” – “Sabah” matçında 7 qol – VİDEO

blank
Premyer-liqa2022-09-11 21:16

“Sumqayıt”la “Şamaxı” yenə qələbəyə həsrət qaldı – VİDEO

blank
Premyer-liqa2022-09-10 23:38

“Səbail” “Zirə”yə belə uduzdu – VİDEO

Gündəm