Dünya futbolu
Sonuncu pillədə olan klubdan baş məşqçiylə yeni müqavilə

“Nottingem Forest” baş məşqçi Stiven Kuperlə yeni müqavilə imzaladığını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
42 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilə kimi nəzərdə tutulub. Kuper ötən ilin sentyabrında “qırmızı-qaralar”ın “sükanı arxasına” keçib və o vaxtdan bəri 54 matçdan 29-da qalib gəlib. Onun rəhbərliyi altında komanda 1998-ci ildən bəri ilk dəfə Çempionşipin pley-offun finalında “Haddersfild”i 1:0 hesabı ilə məğlub edərək, İngiltərə Premyer Liqasına qayıdıb.
“Nottingem Forest” 8 turdan sonra 4 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.

- Ölkə futbolu2023-08-28 13:11
Şəxsi maraqlar üzündən reallaşan təxribat, yoxsa məsuliyyətsizlik : “Qarabağ”ın oyunu niyə yayımlanmadı?
- Premyer-liqa2023-08-29 10:11
Klublarımızın yay bazarlığı – YENİLƏNİR
- Ölkə futbolu2023-08-28 08:00
Bütün dövrlərin ən bərbad “Qəbələ”si
- Ölkə futbolu2023-08-28 08:30
“Neftçi”də müqavilə günü – biri yerli, digəri legioner