Dünya futbolu
Şota Arveladze istefaya göndərildi

İngiltərənin “Hall Siti” komandasının baş məşqçisi Şota Arveladze istefaya göndərilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
48 yaşlı baş məşqçi bu ilin yanvarında Çempionşip təmsilçisi ilə 2,5 illik sözləşmə imzalamışdı.
Cari mövsümə uğrusuz başlayan “Hall Siti” 10 turdan sonra 11 xalla 24 komanda arasında 20-ci pillədə qərarlaşıb. Sözügedən klubun sahibi türkiyəli Acun Ilıcalıdır.

- Ölkə futbolu2023-11-28 09:50
Gəncə stadionu yenidən qurulur – FOTOLAR
- Müsahibə2023-11-28 08:00
Yunis Hüseynov: “Orada bəziləri “Neftçi”ni fikirləşmirlər”
- Müsahibə2023-11-29 08:00
Nildo Azərbaycana qayıtmaq istəyir: “Xəzər Lənkəran”ın dağılması böyük itkidir”
- Ölkə futbolu2023-11-29 10:50
Qurban Qurbanov “Molde” ilə oyundan danışdı