“Zirə” heyətini gücləndirmək üçün işə başlayıb. Misli Premyer Liqasında 2-ci yeri tutaraq Avropa Liqasına vəsiqə qazanan “qartallar” xüsusilə hücum xəttinə əl gəzdirəcək.

Futbolinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi “Turan Tovuz”un bir neçə oyunçusuna göz qoyub. Onlardan Aleks Souza ən çox arzulanan futbolçudur. Amma bu ilin yanvarında Qərb təmsilçisinə qoşulan brazilyalının keçidini həll etmək asan olmayacaq. Çünki 23 yaşlı oyunçunun tovuzlularla 2026-cı ilin yayınadək müqaviləsi var.

Denis Marandiçini də istəyən “Zirə” Moldova yığmasının üzvünü transfer etməyə daha yaxındır. İlyarımdır “Turan Tovuz”da oynayan 27 yaşlı sol cinah müdafiəçisinin anlaşması bitib. Tərəflər müqaviləni daha bir il uzatmaq imkanına malikdir, amma futbolçu paytaxtda oynamaq istədiyindən, “Zirə”dən konkret təklif gözləyir.

“Zirə” transfer çalışmalarını gələn ayın əvvəlində sürətləndirəcək. İyunun 2-də ölkə kubokunun fnalında “Qarabağ”la qarşılaşacaq “qartallar” məhz bundan sonra konkret addımlar atacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp