Ölkə futbolu
“Sözsüz ki, yeni transferlər olacaq” – “Qarabağ”ın direktoru

“Sözsüz ki, yeni transferlər olacaq. Ancaq biz klub rəhbərliyi olaraq bu barədə heç vaxt danışmırıq. Çünki bu, baş məşqçi Qurban Qurbanovun səlahiyyətinə aid olan məsələdir. Ancaq mən transferlər barədə nə ad çəkə, nə də bir ayrı məlumat verə bilərəm. Bir transfer olmayacaq. Amma sayı bilmirəm”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın direktoru Emrah Çelikel bu gün jurnalistlərə açıqlamasında deyib.
O, Ağdam təmsilçisinin yüksək ödənişli futbolçu transfer edib-etməyəcəyi ilə bağlı verilən sualı belə cavablandırıb: “Qarabağ”ın bir standartı var. Biz öz futbolçularımıza nə ödəyiriksə, maksimum o ətrafda futbolçular seçim edəcəyik. O, balansı qoruyacağıma inanıram”.
E.Çelikel komandadan kimlərin ayrılacağı ilə əlaqədar deyib: “Mətbuatda kimlərin adlarının çəkildiyini bilmirəm. Qurban Qurbanovun növbəti mövsüm üçün hansı futbolçuları nəzərdə tutmadığını özüm də bilmirəm. Bunun üçün bazar günü keçiriləcək oyunumuzu gözləyək. Bazar günündən sonra daha detallı məlumatlar klub tərəfindən rəsmi şəkildə veriləcək”.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”