Bizi izləyin

Ölkə futbolu

Startda edilən səhv: bu iş Mutu ilə olmayacaq

blank
blank

“Neftçi” rəhbərliyi yeni komanda quruculuğu üçün çox iş görür. Saysız transferlər reallaşıb, heyətin gücləndirilməsi üçün nə lazımdısa, edilir. Şərait də əvvəlkindən daha yaxşıdır.

Amma və lakin bütün bunların nəticəsi olmayacaq, bakılıların böyük hədəflərə köklənməsi mümkün deyil. Çünki rəhbərlik ilk addımını səhv atıb. Bu səbəbdən klubun hazırda Premyer Liqa təmsilçiləri arasında ən yüksək büdcəyə malik olması da heç nəyi dəyişmir. Faktiki olaraq milyonlar havaya sovrulur, faydasızca xərclənir.

“Neftçi”nin səhv olan ilk addımı Adrian Mutunun adı ilə bağlıdır. Rumın mütəxəssis “Neftçi”nin yükünü çəkəcək biri deyil, o indi futbolçu vaxtı qazandığı imici xərcləməklə məşğuldur. Meydanın kənarında yalandan əl-qol yelləməklə, şou göstərməklə deyil, futbolçuların ustalığı, fərdi bacarığı yetən oyunlarda xal qazanılır, onlar dayandırılınca uğursuzluq qaçılmaz olur.

“Neftçi”nin oyunu yoxdur. Komanda meydanda sanki sürünür, dinamika, sürət çatışmır. Bakılılar rəqibin imkan verdiyi qədər oynamaqla kifayətlənir. Bəlkə də məşqçiyə vaxt vermək lazımdır, amma vaxtı da ümid verən məşqçiyə ayırarlar. Mutu hazırkı heyətlə, imkanlarla bu qədər xal itirməli deyildi. “Neftçi” mümkün 18 xaldan cəmi 8-ni qazana bilib.

“Araz-Naxçıvan”la oyun komandanın növbəti fiaskosu idi. Rəqibin legionerləri həm qiymət, həm də səviyyə baxımından “Neftçi”dəkilər qədər yaxşı sayıla bilməz, əvəzində məşqçi işi sayəsində Azər Bağırov rəqibinə dərs keçdi. Və belə qəzalar tez-tez təkrarlanır, Azər Məmmədov, Şahin Diniyev də Mutuya eyni dərsi keçmişdi, Adrianın onlardan yeganə üstünlüyü futbolçu kimi qazandığı addır, məşqçi kimi hətta özümüzkülərdən çox geri qalır.

“Neftçi” məşqçisini dəyişməlidirmi? Bu addım indi atılsa, hamı klubu qınayar, amma Mutudan çox şey gözləməyə də dəyməz. Çox keçməz, rumın çalışdırıcı bu ili komanda quruculuğuna həsr etdiklərini, növbəti çempionatda konkret vəzifə uğrunda mübarizə aparacaqlarını deyər. Lakin bu potensialda olan məşqçiyə güvənməyə, aldanmağa dəyməz.

Təbii ki, “Neftçi” ən azı avrokuboklar uğrunda mübarizə aparacaq, lider futbolçulardan hərəsi bir matçda önə çıxıb nələrsə edəcək. Amma komanda olaraq güclü “Neftçi”ni görməyəcəyik. Hələ təyinat vaxtı yazdıqlarımızı təkrarlamalıyıq – bu, Mutunun bacaracağı iş deyil.

blank

Yəqin ki, klub rəhbərliyi də səhvini anlayıb. Amma elə bir nöqtədə səhv ediblər ki, hər şey ona bağlıdır, onunla başlayıb. Bu gün Adriandan imtina etmək, yenidən komanda quruculuğuna başlamaq deməkdir. Məhz rumının istəyi ilə edilən transferlər, xərclənən milyonlar…

Növbəti rəqib lider “Zirə”dir. Qəsəbə təmsilçisini də yenmək mümkün olmasa, “Neftçi” azarkeşlərinin haqlı narazılığı artacaq. Mövsümöncəsi rəhbərliyə tərif deyənlər nəhayət, eyforiyadan ayılıb həqiqəti görəcək. Və hələ ki, komandanın bərbad durumuna səbr edilməsi digər iddialıların da çoxlu xal itirməsi ilə bağlıdır.

Günün daha bir məğlub komandası “Kəpəz”in durumu isə fərqlidir. Gəncəlilər Premyer Liqa klubları içində ən zəif büdcəyə malik olmağın əziyyətini çəkir. “Neftçi”ni yenən, səfərdə “Qarabağ”dan xal alan komanda bunu rəqiblərin adından aldıqları motivasiya ilə bacarıb. Əvəzində “Kəpəz” digərlərinə rahatlıqla uduzur.

Təəssüf ki, komandanın problemləri bitmir, “Kəpəz” yenə təzyiq altında oynayır, yenə istefa şüarları səslənir. Evdə 0:3 hesablı məğlubiyyət pisdir, amma azarkeşlər mövcud durumun səbəbinə varmadan hər zamankı kimi yalnız baş məşqçini istefaya səsləməyi lazım bilir. İllər ərzində məşqçilər dəyişdi, müxtəlif qruplaşmalar “Kəpəz”in özünə gəlməsinə imkan vermədi. Gəncənin futbol ictimaiyyəti komanda ətrafında birləşməyincə “dağlılar”ın perspektivi dumanlı görünür. O zaman I Liqaya yuvarlanmaq qaçılmaz olacaq.

“Səbail” isə öz işindədir. Ardıcıl qələblər Şahin Diniyevin yetirmələrini zirzəmidən liderlər qrupuna yüksəldib. Komanda ən azı qışa kimi tempi saxlaya bilsə, yüksək yerlər uğrunda oynaması mümkündür. “Dənizçilər” hazırda formasının ən yüksək həddindədir, Diniyev sabitliyə nail olsa, arzusuna çatacaq.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2023-09-17 09:00

Startda edilən səhv: bu iş Mutu ilə olmayacaq

blank
Digər idman növləri2023-09-17 08:30

Sinqapurda sürprizlər

blank
Premyer-liqa2023-09-17 08:00

“Qarabağ” “Sabah”a, “Turan Tovuz” “Qəbələ”yə qarşı

blank
Premyer-liqa2023-09-17 03:23

“Qarabağ” – “Sabah” oyununa nə qədər bilet satılıb?

blank
Dünya futbolu2023-09-17 03:06

“Qarabağ”ın rəqibindən darmadağın

blank
Əvəzedicilər2023-09-17 03:02

“Zirə-2” “Sumqayıt-2” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2023-09-17 02:44

Musalı “Yurqorden” doğma meydanda uduzdu

blank
Dünya futbolu2023-09-17 02:28

Mahirli “Dinamo” darmadağına sevindi

blank
Dünya futbolu2023-09-17 01:52

“Barselona”dan darmadağın

blank
Dünya futbolu2023-09-17 01:31

Milan derbisində 6 qolluq darmadağın

blank
Dünya futbolu2023-09-17 01:13

“Renn” və “Lill”dən məhsuldar heç-heçə

blank
Dünya futbolu2023-09-17 00:56

“Qalatasaray”dan inamlı qələbə

blank
Dünya futbolu2023-09-17 00:44

“Adana Dəmirspor”dan “Şah”sız darmadağın

blank
Ölkə futbolu2023-09-17 00:30

“Qəbələ”də bir itki

blank
Dünya futbolu2023-09-17 00:21

“Frayburq” “Borussiya”ya evdə uduzdu

blank
Ölkə futbolu2023-09-16 23:58

“Turan Tovuz”la “Qəbələ”nin 6-cı dueli

blank
Dünya futbolu2023-09-16 23:40

“Mançester Yunayted” uduzdu, “Liverpul”la “Mançester Siti” qalib gəldi

blank
Digər idman növləri2023-09-16 23:00

Azərbaycan cüdoçularından ilk gündə 1 qızıl və 1 gümüş medal

blank
Digər idman növləri2023-09-16 22:44

Dadaş Dadaşbəylidən dünya çempionatında 3 bürünc medal

blank
Digər idman növləri2023-09-16 22:20

DÇ: Maqomed-Başir Xaniyev üçün bürünc medal şansı

blank
Premyer-liqa2023-09-16 21:20

“Bu, mənə şöhrət gətirmir” – Azər Bağırov

blank
Premyer-liqa2023-09-16 21:14

“Rəqibin penaltidən başqa heç bir şansı olmadı” – Mutu

blank
Premyer-liqa2023-09-16 20:58

“Araz-Naxçıvan” “Neftçi”yə qalib gəldi – VİDEO

blank
Ölkə futbolu2023-09-16 20:13

“Zəngəzur” Bolqarıstandan medalsız qayıdır

blank
Premyer-liqa2023-09-16 19:54

“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu

blank
Ölkə futbolu2023-09-16 19:35

Manafov mükafatlandırıldı

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Ölkə futbolu2023-09-16 19:20

Rəfiyevin məntiqi: qanunu ayaqla, qazancını hesabla

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

blank
Premyer-liqa2023-08-14 23:36

“Neftçi”nin “Səbail”lə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-13 22:12

“Qarabağ”dan darmadağın – VİDEO

Facebook

Gündəm