Digər idman növləri
Stolüstü tennisçilər Çimkənddən iki medalla qayıdır
Stolüstü tennisçilərimiz Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan “Shimkent cup” turnirində uğurla çıxış ediblər.
Futbolinfo.az xəbər verir ki, seçmə komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizəyə qatılan yığmamızın üzvləri beynəlxalq yarışı iki medalla başa vurublar.
Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qızların qoşa turnirində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Mərziyyə Nurmətova şəxsi turnirdə də etimadı doğruldub. Sumqayıt stolüstü tennis məktəbinin yetirməsi yarışın bürünc medalına da layiq görülüb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…